Yuxarı

Bu, milli dövlətçilik tariximizdə intibah mərhələsidir - DSX

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dövlət Sərhəd Xidmətində (DSX) ümummilli lider Heydər Əliyevin milli dövlətçilik irsinin layiqli davamçısı, yeni dövrün qüdrətli lideri Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin 15 illik fəaliyyətinə həsr olunmuş silsilə tədbirlər davam etdirilir. Bütün hərbi hissə və bölmələrdə keçirilən seminarlarda, mədəni-kütləvi tədbirlərdə Milli Məclisin deputatları, elm və incəsənət xadimləri, yerli icra hakimiyyəti orqanlarının və ictimaiyyətin çoxsaylı nümayəndələri iştirak edirlər.

DSX-nin mətbuat mərkəzindən Axar.az-a bildiriblər ki, keçirilən tədbirlərdə Azərbaycan Prezidenti İlham Əliyevin xalqın yekdil səsi ilə ölkə rəhbəri seçildiyi 2003-cü ilin oktyabrın 15-dən ötən əlamətdar dövrün milli dövlətçilik tariximizdə möhtəşəm intibah mərhələsi olması barədə ətraflı məlumatlar verilir.

Oktyabrın 15-də Dövlət Sərhəd Xidmətinin aparatında keçirilən tədbirdə dövlətimizin başçısının 15 illik prezidentliyi dövründə ölkəmizdə ictimai-siyasi sabitliyin qorunub saxlanılmasından, insanların hüquq və azadlıqların təmin edilməsindən, vətəndaşların rifah halının getdikcə yüksəlməsindən, dövlətimizin iqtisadi potensialının durmadan artmasından, nəhəng transmilli energetika və nəqliyyat layihələrinin həyata keçirilməsindən geniş söhbət açılıb.

Tədbirdə çıxış edən Milli Məclisin müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Aydın Mirzəzadə son 15 ildə ölkənin sosial-mədəni və təsərrüfat infrastrukturunun yenilənməsinin, əhalinin sosial müdafiəsinin gücləndirilməsinin, şəhid ailələrinə və müharibə əlillərinə dövlət qayğısının artmasının, Azərbaycanın dünyada sayı məhdud olan kosmik ölkələr sırasına qoşulmasının, ordumuzun döyüş qabiliyyətinin yüksəlməsinin, maddi-texniki bazasının möhkəmləndirilməsinin məhz Prezident İlham Əliyevin müdrik və qətiyyətli siyasətinin məntiqi davamı olduğunu qeyd edib.

Ulu öndər Heydər Əliyevin müəllifi olduğu milli sərhəd strategiyasının Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə müvəffəqiyyətlə yerinə yetirilməsi, ardıcıl həyata keçirilən islahatlar sayəsində Dövlət Sərhəd Xidmətinin sürətlə inkişaf edərək ölkəmizin sərhədlərini ən yüksək standartlar səviyyəsində mühafizə etməyə qadir olan bir quruma çevrilməsi qürur hissi ilə vurğulanıb.

Tədbirin sonunda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15 illik fəaliyyətinə həsr edilmiş sənədli film nümayiş etdirilib.

Tarix
2018.10.15 / 20:37
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

Nikolun Qarabağ qərarından sonra Putin ona dedi ki… - Lavrov

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla