Yuxarı

FHN-çilər Serbiyada təlimə qatıldı - Fotolar

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Serbiya Respublikasının Mladenovac və Aranjelovaç şəhərlərində Şimali Atlantika Müqaviləsi Təşkilatının (NATO) Avro-Atlantik Fəlakətlərin İdarəolunması Mərkəzinin fəlakət nəticələrinin idarəolunması sahəsində “Serbiya-2018” təlimi keçirilib. Serbiyanın Daxili İşlər Nazirliyi ilə birgə keçirilən təlim NATO-nun Avro-Atlantik Fəlakətlərin İdarə Olunması Mərkəzinin keçirdiyi 18-ci təlimdir.

Fövqəladə Hallar Nazirliyindən Axar.az-a bildiriblər ki, 38 ölkə və 14 Beynəlxalq təşkilatın nümayəndələrinin iştirak etdiyi təlimdə Azərbaycan Fövqəladə Hallar Nazirliyinin idarəetmə, kimyəvi kəşfiyyat və axtarış-xilasetmə qruplarından təşkil olunmuş 17 nəfərdən ibarət beynəlxalq axtarış-xilasetmə dəstəsi də iştirak edib. Nazirliyin əməkdaşları kimyəvi kəşfiyyat və axtarış-xilasetmə əməliyyatları ilə yanaşı, təlimin idarə heyətində, koordinasiya mərkəzində və qiymətləndirici qrupda fəaliyyət göstərib.

Serbiya Respublikasının ərazisi üçün xarakterik olan zəlzələ və qəzaların baş verməsi ssenarisinə əsaslanan təlimin ilk günündə təşkil olunmuş açılış mərasimində Prezident Aleksandr Vuçiç və NATO-nun baş katibi Yen Stoltenberq çıxış edərək tədbirin əhəmiyyətindən danışıblar.

Təlimin ikinci günündə Azərbaycan FHN-in beynəlxalq axtarış-xilasetmə dəstəsinin kimyəvi kəşfiyyat və axtarış-xilasetmə qrupları sənaye müəssisəsində şərti baş vermiş qəzanın nəticələrinin aradan qaldırılmasına cəlb edilib. Təlim zamanı dəstənin axtarış-xilasetmə və kimyəvi kəşfiyyat qrupları təyin olunmuş iş sahəsində Türkiyə, Belarus, Ukrayna, Avstriya dövlətlərinin xilasetmə qrupları ilə birgə fəaliyyət göstərərək kimyəvi kəşfiyyatın aparılması və insanların hündürlükdən xilas edilməsi üzrə tapşırıqları uğurla yerinə yetiriblər.

Təlimin üçüncü günündə beynəlxalq axtarış-xilasetmə dəstəsinin kimyəvi kəşfiyyat və axtarış-xilasetmə qrupları Kosmaj və Keramika yaşayış məntəqələrində Pakistan, İtaliya və Makedoniya komandaları ilə birgə radioloji qəzanın nəticələrinin aradan qaldırılması və altı mərtəbəli yaşayış binasında axtarış-xilasetmə tədbirlərinin həyata keçirilməsi üzrə tapşırıqları icra edib.

Təlimin sonuncu günündə isə FHN-in beynəlxalq axtarış-xilasetmə dəstəsinin kimyəvi kəşfiyyat və axtarış-xilasetmə qrupları Kosmaj hotelində Gürcüstan, Serbiya, Makedoniya, Rumıniya, Pakistan komandaları ilə birgə radioaktiv mənbənin aşkarlanması və zərərsizləşdirilərək aidiyyəti üzrə təhvil verilməsi, Qaraşi gölündə isə körpüdən asılı vəziyyətdə qalmış zərərçəkmişin xilas edilməsi, ilk yardımın göstərilməsi və təxliyə olunması üzrə tədbirləri yerinə yetirib.

Təlim uğurla başa çatıb.

Sonda iştirakçılara sertifikatlar təqdim olunub.

Tarix
2018.10.15 / 22:06
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla