Yuxarı

Qarabağda savaş gərginliyi: Rusiya İrəvana dəstəyini çəkir

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gərgin vəziyyətin davam etməsi, sülh müqaviləsinin imzalanmaması, Ermənistanın nəinki Qarabağı, hətta ətraf rayonları azad etməməsi olduqca kövrək atəşkəsin hər zaman pozulmasına, regional təhlükəyə çevriləcək lokal hərbi əməliyyatların başlanmasına səbəb ola bilər.

Axar.az xəbər verir ki, bu fikirləri Azərbaycanın sabiq prezidenti Ayaz Mütəllibov “ovqat.com” saytına geniş müsahibəsində bildirib.

Dağlıq Qarabağ münaqişəsi, regiondakı vəziyyətlə bağlı danışan A.Mütəllibov bildirib ki, Ermənistan hakimiyyətində kimlərin təmsil olunmasından asılı olmayaraq, onların öz iddialarından əl çəkməməsi ənənə halını alıb:

“Eyni səhnəni Paşınyan rəhbərliyi də nümayış etdirir. Onun daxili auditoriyaya hesablanmış çıxışlarında torpaq iddiasından əl çəkməməsi Ermənistan hakimiyyətinin işğalçılıq siyasətinin davam etməsindən xəbər verir.

Azərbaycan ərazi işğalına məruz qaldığından bu konfliktdə haqlı olan tərəfdir. Bütün dünya Ermənistanı aqressor kimi tanıyıb, BMT-nin məlum qətnamələri erməni tərəfini işğal etdiyi əraziləri qeyd-şərtsiz boşaltmağı tələb edir. Bu, bizə haqq verir ki, öz torpaqlarımızı geri qaytaraq”.

Sabiq prezident bildirib ki, biz yalnız qələbə gətirəcək əməliyatlara getməliyik. Bunun üçün də bütün siyasi vasitələrdən istifadə olunmalıdır:

“Hesab edirəm ki, hazırda ordumuz bütün əraziləri çox qısa zaman ərzində azad etmək iqtidarındadır. Hərbi potensialımızın güclü olmasını soz zamanlar keçirilmış hərbi paradlar da nümayış etdirir.

Hesab etmirəm ki, Rusiya tam şəkildə Ermənistanın maraqlarından çıxış edir. Bəli, Ermənistan bütünlüklə Rusiyadan asılı vəziyyətdədir, hətta sərhədlərini də rus hərbçiləri qoruyur. Lakin son zamanlar İrəvanda baş verən hadisələr Moskvanın öz siyasətinə düzəliş etməsinə səbəb olub. Rusiya dövlət və ictimaiyyət xadimlərindən ibarət geniş tərkibli qrupun Qarabağa gəlməsi, Lələtəpəyə çıxıb Azərbaycan əsgərlərinə baş çəkməsi, Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğunu bir daha bəyan etməsi qarşı tərəfə göndərilmiş ciddi mesajdır”.

Tarix
2018.10.17 / 12:21
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Ermənistanda növbədənkənar seçkilər olacaq?

CHP lideri AŞPA-da Azərbaycana dəstək oldu - Video

Tiflisdə prezident hökumətə qarşı – Nə baş verir?

Bu, Makronun Bakıya qarşı yeni hücumudur

Makron Bakıdakı səfiri niyə geri çağırdı? - Markov

Rus sülhməramlıları buna görə Qarabağdan çıxdı - Markov

Abdullahian Türkiyədə: Konsulluğa getdi

Əli Əsədovun rəhbərliyi ilə iclas keçirildi - Foto

MN-dəki 9 milyonluq mənimsəmə ilə bağlı növbəti məhkəmə

Moskva bütün məsələləri Bakı ilə həll edib - Naumov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla