Yuxarı

Bu siyahıda yer almaq çox önəmli hadisədir - Deputat

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yeni metodologiya əsasında hazırlanmış ilk Qlobal Rəqabətlilik Hesabatında Azərbaycanın önəmli yerlərdə qərarlaşması mühüm hadisədir.

Bu sözləri Axar.az-a Dünya İqtisadi Forumunun Qlobal Rəqabətlilik Hesabatını dəyərləndirən Milli Məclisin İqtisadiyyat, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov deyib. O bildirib ki, Dünya İqtisadi Forumunun Qlobal Rəqabətlilik Hesabatında çox ciddi dəyişikliklər edilib:

“114 indikatordan ibarət hesabatın 70 faizi dəyişdirilib, oraya əlavələr edilib. Bütün bunlara baxmayaraq, Azərbaycan Türkiyə, Serbiya, Gürcüstan, Cənubi Afrika Respublikası və Xorvatiya ilə birlikdə 7-ci onluğa daxil olmaqla 69-cu yerdə qərarlaşıb. Azərbaycan elektrik təchizatının təminatı və sosial məsələlərin həllində önəmli yer tutub. Ölkəmiz həmçinin təhsil, biznesin inkişafı və dinamikliyi, o cümlədən infrastruktur layihələrinin yaradılması ilə əlaqələrdə öndə sıralarda olan dövlətlərdəndir”, - deputat bildirib.

Millət vəkili vurğulayıb ki, Azərbaycanın hesabatda bir sıra istiqamətlər üzrə ön yerlərdə qərarlaşması birbaşa ölkə başçısının apardığı islahatlarla əlaqədardır:

“Regionların iqtisadi inkişaf proqramlarının yerinə yetirilməsi, strateji yol xəritəsi ilə bağlı qərarın icra mexanizmlərinin daha da təkmilləşdirilməsi və həyata keçirilməsi, eyni zamanda, prezidentin regionlara səfəri nəticə etibarilə Azərbaycanın 69-cu yerdə möhkəmlənməsinə səbəb oldu. Zənnimcə, bu yüksək göstəricilər ölkəmizin gələcəkdə digər indikatorlar üzrə irəliləyəcəyindən xəbər verir. Dünya İqtisadi Forumunun Qlobal Rəqabətlilik Hesabatının xüsusi əhəmiyyəti ondan ibarətdir ki, siyasilər, ölkə rəhbərləri və iri biznesmenlər biznes üçün yaxşı şəraitin olduğu, stabilliyin hökm sürdüyü ölkələrlə maraqlanaraq investisiya qoyurlar”.

Qeyd edək ki, Dünya İqtisadi Forumunun yeni metodologiya əsasında ictimaiyyətə təqdim edilən Qlobal Rəqabətlilik Hesabatında Azərbaycan Türkiyə, Serbiya, Gürcüstan, Cənubi Afrika Respublikası və Xorvatiya ilə birlikdə 7-ci onluğa daxil olmaqla 69-cu yerdə qərarlaşıb.

Tarix
2018.10.17 / 17:24
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Rəsmi İrəvan gərəksiz bəhanələr axtarmaq əvəzinə…

Bu, Ermənistanı yeni təxribatlara təşviq edə bilər

ABŞ-ın bu addımları bizi məyus edir - Hacıyev

Bakı və İrəvan sülhə yaxındır, ancaq… - Hacıyev

Akar ABŞ konqresmenləri ilə sülh prosesini müzakirə etdi

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla