Yuxarı

Nikol pis durumda: torpaqları geri qaytarmalıdır - Navasardyan

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-Ermənistan münasibətlərində "məxməri inqilab"dan sonra ikinci nəfəs açılıb. Vaşinqton son 10-15 il ərzində hakimiyyətin qəsb edildiyini çox gözəl bildiyi üçün burada olan problemlərə biganə yanaşırdı.

Musavat.com xəbər verir ki, bu iddianı Ermənistanın keçmiş səfiri Arman Navasardyan Ermənistanın 1-ci informasiya kanalına verdiyi müsahibədə səsləndirib.

Diplomatın fikrincə, ABŞ Dövlət Departamentinin nümayəndəsi Corc Kentin son səfəri nəzarət və hazırlıq məqsədi daşıyıb.

Navasardyan bu vəziyyətin Ermənistan üçün tarixi şans olduğunu söyləməklə yanaşı, Dağlıq Qarabağla bağlı mürəkkəb situasiyanın yarandığını qeyd edib.

“Riçard Millsin (ABŞ-ın Ermənistandakı səfiri-red.) açıqlamalarından belə aydın olur ki, Ermənistan ABŞ-ı aldadıb və indi tələyə düşüb. Mills erməni xalqının ərazilərin qaytarılması ilə razılşmadığını təəccüblə qarşıladıqlarını bildirir. Lakin ərazilərin qaytarılmasını birinci plana çıxaran elə öz rəhbərlərimiz olub. İndi Paşinyan pis vəziyyətdə qalıb. Çünki masanın üstündə Ermənistan diplomatiyası üçün rüsvayçılıqdan başqa heç bir şey olmayan Madrid sənədi var. Bütün bunlar ona gətirib çıxarıb ki, Ermənistan danışıqlar masasına geri dönmək üçün torpaqları geri qaytarmalıdır. Bu isə bizə heç nə verən deyil”, - Navasardyan deyib.

Tarix
2018.10.17 / 19:24
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

Nikolun Qarabağ qərarından sonra Putin ona dedi ki… - Lavrov

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla