Yuxarı

Xərcimizi Türkiyə qarşıladı, getdik və... – Müstəqillik xatirəsi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan hazırkı müstəqilliyini əldə etmək üçün ağır sınaqlardan keçib.

Bu sözləri Axar.az-a açıqlamasında millət vəkili Vahid Əhmədov deyib. O, müstəqilliyə gedən yolda xalqımızın rastlaşdıqları çətinliklərdən bəhs edib:

“Azərbaycan ilk dəfə 1918-ci ilin mayın 28-də müstəqilliyini elan etsə də, Cümhuriyyətimiz cəmi 23 ay yaşadı. Sonradan 1990-cı il hadisələri, SSRİ daxilində baş verənlər, Azərbaycanda Xalq Hərakatının başlaması müstəqilliyə gətirib çıxardı. 1991-ci ildə martın 17-də keçmiş SSRİ-nin saxlanılması ilə bağlı refendum keçirilmişdi. O zaman Azərbaycan Ali Sovetindən 361 deputatdan yalnız 43-ü sovet quruluşunun buraxılmasına səs verdi. Onlardan da biri mərhum prezident Heydər Əliyev idi.

Nəhayət, Ali Sovetin deputatları 1991-ci il oktyabrın 18-də Müstəqillik Aktını imzaladılar. Müstəqillik Aktının qəbul olunmasında deputatların hamısı iştirak etməyib. İclasda iştirak edənlərdən bəziləri Azərbaycanın müstəqilliyinə səs vermədilər”.

V.Əhmədovun sözlərinə görə, müstəqilliyini elan etdikdən sonra Azərbaycanın rastlaşdığı ən böyük problem beynəlxalq arenada tanınmaqla bağlı idi:

“Qorxurduq ki, xarici dövlətlər müstəqilliyimizi tanımaz. Birinci Türkiyə,
daha sonra isə Pakistan, Rumıniya müstəqilliyimizi tanıdı. Bu hissələri ifadə etmək mənim üçün çətindir.

O vaxt Prezident yanında Təhlükəsizlik Şurasının üzvü olan Etibar Məmmədovun rəhbərliyi ilə mən, Fərrux Zeynalov, Tofiq Bağırov və başqaları xarici işlər nazirinin müavini ilə birgə müstəqiliyimizin tanınması üçün Pakistana getdik. Biz Türkiyə vasitəsilə Pakistana çatdıq. Bütün xərclərimizi Türkiyə qarşıladı.

Pakistanın o zamankı Baş naziri Nəvaz Şərif bizi yüksək səviyyədə qəbul etdi. Rəsmi olaraq Azərbaycanın dövlət müstəqilliyini tanıdıqlarını elan etdilər. Sevincimizin həddi-hüdudu yox idi.

Müstəqillik dövründə yaranmış ən ciddi problemimiz Qarabağ məsələsidir. Bunun da həlli yalnız gücdən keçir”.

Millət vəkili onu da qeyd edib ki, Müstəqillik Aktına imza atan şəxslərə xüsusi təqaüdlər təyin olunmalıdır:

“Bu şəxslər həyatlarını tam təhlükə altına ataraq SSRİ-yə qarşı çıxmışdılar. Çox istərdim ki, onlara layiq olduqları qiymət verilsin”.

Tarix
2018.10.18 / 16:21
Müəllif
Büllurə Yunus
Şərhlər
Digər xəbərlər

Təklif qəbul edildi: Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla