Yuxarı

Boltonun Bakı səfəri öncəsi Millsin Qarabağ mesajı...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Boltonun regiona, o cümlədən Azərbaycana səfəri olduqca önəmlidir.

Bu sözləri Axar.az-a açıqlamasında analitik Elçin Mirzəbəyli deyib.

“Boltonun Azərbaycana səfərində yalnız regional problemlər deyil, eyni zamanda, regionun ən böyük problemi olan Dağlıq Qarabağ məsələsi də gündəmdə olacaq. Azərbaycan istənilən format və təmaslarda öz ərazi bütövlüyü ilə bağlı məsələni qaldırır. Sözügedən səfər zamanı da Qarabağla bağlı müzakirələrin aparılacağına şübhə yoxdur. Bu kontekstdə ABŞ-ın Ermənistandakı səfiri Riçard Millsin Ermənistanın işğalçılıq mövqeyi ilə bağlı açıqlamasını təsadüf hesab etmək olmaz”, - analitik bildirib.

Analitik vurğulayıb ki, Azərbaycan işğalçı Ermənistan istisna olmaqla, digər regional dövlətlərlə ikitərəfli, üçtərəfli formatlarda yüksək səviyyədə əməkdaşlıq edir və normal qonşuluq münasibətləri saxlayır:

“Azərbaycanın regionda baş verən proseslərlə bağlı mövqeyi hər kəsə bəllidir. Azərbaycanın mövqeyi beynəlxalq hüququn prinsiplərinə və milli maraqlara söykənir. Ölkəmiz bugünə qədər öz milli maraqlarından və beynəlxalq hüquqdan kənarda hər hansı bir prosesə dəstək verməyib. Bu, Azərbaycan üçün qırmızı xəttdir. Azərbaycan bundan sonra hər hansı bir formada milli maraqlarına zərbə vuracaq, prinsiplərini şübhə altına alacaq bir prosesdə iştirak etməyəcək. Bakının bu mövqeyi ABŞ-a bəllidir. O üzdən də düşünürəm ki, Boltonun Bakıya səfərində daha çox regional əməkdaşlıq və təhlükəsizlik məsələləri müzakirə olunacaq”.

Qeyd edək ki, ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Boltonun Azərbaycana səfəri oktyabrın 24-də baş tutacaq. Boltonun həmçinin Rusiya, Gürcüstan və Ermənistana da səfər edəcəyi gözlənilir.

Tarix
2018.10.18 / 16:42
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

İran-İsrail toqquşması... – Əliyevin mühüm şərhi

Bayraq yandırmaq gücsüzlükdür, terror əməlidir - Mehrabyan

Kennedidən Azərbaycana qarşı iyrənc böhtan - Video

Prezidentlər Ağdamda Pənahəli xanın sarayında...

Ermənilər indi də bizə aid körpünü bağladı

Əliyev sabah səfərə gedir: Makron ofsaytda qaldı

Naxçıvanla quru yolu bu mexanizmlə təmin edilməlidir

Azərbaycan Aİİ-yə üzv ola bilərmi? - Prezident nöqtə qoydu

İrəvan təsdiqlədi: Tarixi paytaxtımızda konsulluq açır

Prezidentlər Füzulinin dağıdılmış yerlərinə baxdılar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla