Yuxarı

İrəvanın iqtisadiyyatı var ki, böhran da vursun?! – Professor

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son günlər Ermənistanın Rusiya ilə münasibətlərinin də yaxşı olmadığını nəzərə alsaq, ölkənin yeni bir iqtisadi böhran və qeyri-sabitliklə qarşı-qarşıya olduğu ehtimalı çox yüksəkdir.

Bu sözləri Axar.az-a açıqlamasında professor Toğrul İsmayıl deyib. O bildirib ki, ABŞ-ın İrana tətbiq etdiyi sanksiyalar eyni zamanda İranla qonşu olan ölkələrə də öz təsirini göstərəcək:

“Amma burada əsas məsələ İranla olan ticarətin həcmi və əməkdaşlığın aparıldığı sahələrdir. Ermənistanın İranla ticarət əlaqələrinin həcmi böyük olmasa da, ABŞ-ın xüsusi həssaslıq göstərdiyi sahələri əhatə edir. Digər tərəfdən, Ermənistan Rusiya ilə də müttəfiqdir və Rusiya ilə də ticarət dövriyyəsi kifayət qədər çoxdur. Ümumiyyətlə, Ermənistan bölgədə antiamerika siyasətinə açıq şəkildə dəstək verə bilər. Bunun Ermənistan üçün hansı nəticələrə gətirib çıxaracağını proqnozlaşdırmaq çətindir”.

T.İsmayıl qeyd edib ki, bütün hallarda ABŞ-ın İrana qarşı sanksiyalarına Ermənistanın tamamilə tərəfsiz qalması imkansızdır:

“Və bu da Ermənistan iqtisadiyyatına ciddi şəkildə təsir göstərəcək. Yəni Ermənistan istər ABŞ-ın İrana qarşı tətbiq etdiyi sanksiyalara qatılsın, istər qatılmasın, bu sanksiyalar Ermənistan iqtisadiyyatına ciddi şəkildə mənfi yöndə təsir edəcək. ABŞ-ın bu sanksiyaları bölgədə olan hər kəsə təsir etsə də, Ermənistanın durumu daha da ağır olacaq. Amma Ermənistan onsuz da həddən artıq kasıb ölkədir. İqtisadi infrastrukturu olmayan bu ölkə xaricdən gələn - əsasən də Rusiyadan - pullarla ayaqda durmağa çalışır. Bu səbəbdən də yeni böhran olmayan iqtisadiyyatı dağıda bilməz və Ermənistan da buna görə ciddi narahat deyil”.

Tarix
2018.10.19 / 08:45
Müəllif
Firuzə Vahidqızı
Şərhlər
Digər xəbərlər

Ruslar getdi, kəndlər qaytarıldı: Bu, necə oldu?

Quterreşdən Bakı və İrəvana: sərhədin qalan hissələri...

Blinkendən kəndlərimizin qaytarılmasına reaksiya

Razılaşmada mühüm detal: Bakının strateji həmləsi

İran 365 raket-dron atdı: niyə heç bir zərər olmadı?

İlham Əliyev daha bir tarix yazdı – Türk general

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla