Yuxarı

Türkiyə BVF-siz də böhrandan çıxa bilər - Şərtlər

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə hökuməti sona qədər çalışacaq ki, Beynəlxalq Valyuta Fondu ilə sazişin imzalanmasının vaxtını uzatsın və yaxud da bundan imtina etsin.

Bu sözləri Axar.az-a açıqlamasında iqtisadçı Natiq Cəfərli Türkiyənin BVF ilə əməkdaşlığının iqtisadi gərginlikdən çıxması üçün vacib olması barədə beynəlxalq ekspertlərin yanaşmalarına münasibətində deyib. O bildirib ki, Beynəlxalq Valyuta Fonduna müraciət etmək heç də hər zaman müstəqilliyin itirilməsi demək deyil:

“Dünyada onlarla ölkə var ki, Beynəlxalq Valyuta Fondundan kifayət qədər kreditlər və yardımlar alıb. Əsas məsələ alınan vəsaitin hansı formada xərclənməsidir. Beynəlxalq Valyuta Fondu ilə əməkdaşlığın uğurlu olması şəffaflığın səviyyəsindən, layihələrin ölkə iqtisadiyyatına verdiyi xeyirdən çox asılıdır. Dünya təcrübəsində Beynəlxalq Valyuta Fondu ilə əməkdaşlığın kifayət qədər uğurlu nəticələri də var. Latın Amerika ölkələrinin bəzilərini buna misal göstərmək olar. Amma təbii ki, Beynəlxalq Valyuta Fondu kredit verərkən ölkələrə müəyyən tələblər də irəli sürür. İqtisadi sahədə müəyyən islahatların institusional dəyişiklikliklərin, islahatların olmasını da istəyir”.

İqtisadçı vurğulayıb ki, Türkiyə tərəfdə də mübahisə doğuran məsələ bundan ibarətdir:

“Türkiyə hər hansı beynəlxalq qurumun hansısa formada şərt irəli sürməsinə qarşıdır. Yəni AKP hökuməti bilir ki, Beynəlxalq Valyuta Fonduna müraciət olunsa, tələb olunan şərtlərə əməl olunması heç də hər zaman hökumətlər üçün əlverişli olmur. Ona görə də Beynəlxalq Valyuta Fonduna müraciət etmədən də Türkiyə üzləşdiyi bu iqtisadi böhrandan xilas olmaq istəyir. Amma bunun üçün bir sıra institusional dəyişikliklərin olması qaçılmazdır. Hazırda Türkiyədə əsas problemlərdən biri məhz institusional islahatların gecikdirilməsi və qərarverici mexanizmin bir mərkəzdə toplanmasıdır. Bu da investorlar tərəfindən ciddi suallar yaradır. Əslində bu sualların cavabı tapılsa, institusional islahatlar olsa, müstəqil institutların formalaşması üçün şərait genişləndirilsə, Türkiyə bu böhrandan Beynəlxalq Valyuta Fonduna müraciət etmədən də xilas ola bilər. Məsələn, Türkiyədə hər zaman Mərkəzi Bankın fəaliyyəti ilə bağlı problemlər olub. Mərkəzi Bank müstəqil qurum olmalıdır, çox zaman Türkiyədəki indiki hökumət bankın fəaliyyətini ciddi tənqid edirdi və Mərkəzi Bankın atacağı addımları öncədən özü müəyyənləşdirmək istəyirdi ki, bu da müəyyən sualların ortaya çıxmasına səbəb olur”.

İqtisadçının sözlərinə görə, Türkiyənin bu böhranı aradan qaldırmaq üçün gücü var: “Türkiyə kifayət qədər böyük dövlətdir və iqtisadiyyatı çoxşaxəli modelə söykənib. Amma institusional problemləri də az deyil. Beynəlxalq Valyuta Fonduna müraciət edilsə də, edilməsə də, bu problemlər həllini tapmalıdır. Ondan sonra Türkiyənin önü açıla və daha da ciddi inkişaf trendinə daxil ola bilər. İndiki halda Türkiyənin ciddi problemlərindən biri xarici borc məsələsidir. Həm dövlətin, həm Mərkəzi Bankın, xüsusilə özəl sektorun xeyli həcmdə borcları da var. Özəl sektorun xarici borcda payı 80%-dən yuxarıdır. Yəni tək borc verən Beynəlxalq Valyuta Fondu deyil. Təqribən 460-470 milyard dollara yaxın borc var ki, yaxın 1 ildə Türkiyə bunun 173 milyard dollara yaxınını qaytarmalıdır. Yəni Türkiyə qısa müddətdə bu problemləri həll etməlidir”.

Tarix
2018.10.19 / 09:07
Müəllif
Firuzə Vahidqızı
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla