Yuxarı

Novruz Məmmədov: “Onlara əhəmiyyət vermək lazım deyil”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Cənubi Qafqazın, ümumən Qafqazın geosiyasət aləmində çox mühüm bir region olmasını hələ 19-cu əsrdə Qərb geosiyasiyasətşünasları, başda da geosiyasətin atası olan Fridrix Ratsel və digərləri dilə gətiriblər.

Onlar hələ o zamanlar bildiriblər ki, dünyanın geosiyasi cəhətdən ən mühüm bölgəsi Balkanlar, ondan sonra Cənubi Qafqazdır.

"Axar.az" xəbər verir ki, bunu Prezident Administrasiyası (PA) rəhbərinin müavini və Beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov İranla Qərbin məlum anlaşmasından sonra regionda Azərbaycanın əhəmiyyətinin azalması yönündə səslənən iddialara münasibətini bildirərkən dilə gətirib.

"Düzdür, Yaxın Şərq də mühüm regionlardan biri hesab edilir, ancaq Yaxın Şərq o dövrlərdə o qədər də böyük maraq kəsb etmədiyi üçün onun adı xüsusi qeyd olunmayıb" - deyən PA rəsmisinin sözlərinə görə, indi Balkanlarda məsələlər yavaş-yavaş öz yoluna-qaydasına düşür və o, artıq əhəmiyyətini bir qədər itirir.

N.Məmmədov bildirib ki, Qafqaz isə dünyada mühüm geosiyasi region kimi qalır, birinci yerdədir və Qafqaz ətrafında nə baş verir-versin, kim nə deyir-desin, o, mühüm geosiyasi region kimi böyük əhəmiyyət kəsb edəcək: "Bu, heç də təsadüfi deyil ki, hələ 6 min əvvəl Böyük İpək Yolu buradan keçib. Yəni, Gündoğan ölkədən - Çindən tutmuş Böyük Britaniyaya qədər bir məsafəni əhatə edib. İndi də bu yol var, qalıb və dünyanı hansı cür qurursan-qur, amma məsələn, dəmiryolu çəkmək lazım olarsa, mütləq bu yoldan gəlib keçməlidir, buradan çəkilməlidir.

Bu yolun üstündə Orta Asiya ölkələri və 3 Cənubi Qafqaz ölkəsi var və bunlar da daim dünyanın diqqətini cəlb edir, etməkdədir. Odur ki, indi Azərbaycanın guya əhəmiyyətinin azalması ilə bağlı kimsə nə deyirsə, onu qəsdən ortaya atır, yəni, qərəzli şəkildə belə bir fikri ortaya qoyur. Geosiyasətlə ciddi məşğul olanlar isə heç zaman belə qeyri-ciddi fikir söyləməzlər".

PA rəsmisinin dediyinə görə, Azərbaycan, Cənubi Qafqaz dünyanın 4 ən mühüm vektorunu özündə birləşdirir: "Bu region indi Şərqlə Qərbi, İslam aləmi ilə Xristian aləmini, Şimalla Cənubu birləşdirir ki, bunlar da elə-belə məsələlər deyil. Azərbaycan, Cənubi Qafqaz bunların birləşdiyi bir məkandır. Odur ki, bu region həmişə mühüm əhəmiyyət kəsb edən region olacaq.

Eyni zamanda, indi İranla bağlı nə baş verib ki? Bu problemi özləri yaratmışdılar və bütün prosesləri də siyasiləşdirəndə ondan böyük konflikt yaratmaq olur. İndi nə baş verib, heç nə, sıfırdan qayıtdılar yenə sıfır vəziyyətinə. Deyilənə görə, sadəcə, İrana imkan verilir ki, nüvə enerjisindən sülh məqsədləri üçün istifadə etsin. İran da bunu həmişə deyirdi, ancaq arada nə isə problem yaranmışdı.

İndi İran da deyir icazə verirəm, gəlin, baxın, görün nə işlər görürəm, amma eyni zamanda, imkan verin, sanksiyaları götürün, öz dövlətimi inkişaf etdirin. Yaxşı, belə olan halda kimsə nə üçün düşünməlidir ki, Azərbaycanın əhəmiyyəti azalır? Bunlar qərəzli söhbətlərdir. Azərbaycan uğurlu, müstəqil xarici siyasət kursu yeridən dövlət olduğu üçün məhz belə qərəzli fikirlər səsləndirirlər və onlara da qətiyyən əhəmiyyət vermək lazım deyil".

Tarix
2013.12.03 / 11:07
Müəllif
Hüseyn
Şərhlər
Digər xəbərlər

Nazirdən rus sülhməramlıları ilə bağlı göstəriş

Kəndər qaytarıldı, general rəhbər heyəti topladı - Video

Kəndlər qaytarılandan sonra Paşinyan ilk dəfə danışdı

Ruslar getdi, kəndlər qaytarıldı: Bu, necə oldu?

Quterreşdən Bakı və İrəvana: sərhədin qalan hissələri...

Blinkendən kəndlərimizin qaytarılmasına reaksiya

Razılaşmada mühüm detal: Bakının strateji həmləsi

İran 365 raket-dron atdı: niyə heç bir zərər olmadı?

İlham Əliyev daha bir tarix yazdı – Türk general

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla