Yuxarı

Əliyev və Ərdoğanın bu layihəsi... - PA rəsmisi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdir müavini Hikmət Hacıyev “TRT Vorld” kanalına müsahibə verib.

Axar.az xəbər verir ki, müsahibədə Hikmət Hacıyev bu gün Azərbaycan və Türkiyə prezidentlərinin iştirakı ilə açılışı olacaq “STAR Refinery” barədə danışıb. O, bu layihənin əsasının Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən qoyulduğunu qeyd edib. Layihənin Azərbaycanın Türkiyə iqtisadiyyatına böyük etibarının, iki ölkə arasında qardaşlıq əlaqələrinin strateji xarakter daşımasının nümunəsi olduğunu deyən Hikmət Hacıyev Azərbaycanın Türkiyəyə 20 milyard ABŞ dolları həcmində sərmayə yatırdığını diqqətə çatdırıb.

Azərbaycanın və Türkiyənin enerji əməkdaşlığının Bakı-Tbilisi-Ceyhan layihəsi ilə başladığını qeyd edən Hikmət Hacıyev Azərbaycanda neft-kimya sənayesinin inkişafı və Türkiyədə həyata keçirilən bu layihələrlə ölkəmizin karbohidrogen ixracında yalnız xam məhsul deyil, əlavə dəyər qatılan hazır məhsullarla Aralıq dənizi hövzəsinə çıxdığını vurğulayıb. O, Azərbaycanın Türkiyə və digər tərəfdaşlarla birgə icra etdiyi TANAP, TAP qaz layihəsinin Türkiyənin və Avropa ölkələrinin enerji təhlükəsizliyinə əsaslı dərəcədə töhfə verəcəyini diqqətə çatdırıb.

Prezident Administrasiyasının rəsmisi Azərbaycanın bu kimi iqtisadi layihələrlə regional əməkdaşlığın yeni nümunələrini yaratdığını, regional sülhə, çiçəklənməyə və sabitliyə töhfə verdiyini diqqətə çatdırıb. O, Azərbaycanın etibarlı və xoşniyyətli tərəfdaş olduğunu və bu qəbildən olan əməkdaşlığı dəstəklədiyini qeyd edib.

Tarix
2018.10.19 / 15:27
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Təklif qəbul edildi: Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla