Yuxarı

Neftin yeni bahalaşma dalğası başlayacaq - Ekspert

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Neft istehsal edən ölkələr daha çox neftin qiymətinin 70 dollar ətrafında olmasında maraqlıdır.

Bu sözləri Axar.az saytına açıqlamasında iqtisadçı Rəşad Həsənov deyib. O bildirib ki, ümumiyyətlə, neftin son aylarda bahalaşmasının əsas səbəbi İranla ABŞ arasında nüvə razılaşması ilə bağlı müqavilənin sonlandırılması və bundan qaynaqlanan risklərdir:

“Çünki İrana qarşı sanksiyalar tətbiq olunmağa başlayır. Artıq noyabrın 4-də bu sanksiyalar qüvvəyə minəcək. Bazar iştirakçıları bu səbəbdən də neftin qiymətinin artacağını planlaşdırırdı. Son dövrlərdə isə rəqəmlər artıq dəyişib. Bazarda aparılan monitorinqlər onu göstərdi ki, faktiki olaraq, İranın neft ixracatı və neft istehsalatı gözlənildiyi kimi azalmadı. Çünki proqnozlar təxminən gündəlik 1,1 milyon barrel neftin azalacağı yönündə idi. İkincisi, avqust və sentyabr ayında mövcud göstəricilərdən aydın oldu ki, OPEK və OPEK-ə daxil olmayan ölkələrdə neft hasilatı əhəmiyyətli səviyyədə artmağa başlayıb. Digər tərəfdən də son həftələrdə ABŞ-da neft rezervlərinin həcmi artmaqda davam edir. Məhz ötən gün qiymətlərə birbaşa təsir edən amil də bu olmuşdu. Belə ki, ötən gün qiymətlərdə təxminən 2 dollar dəyərində düşmə müşahidə olundu. Bu azalma ABŞ-da neft rezervlərinin artmasından qaynaqlanırdı”.

İqtisadçı qeyd edib ki, indiki halda bazar müəyyən tədbirlər içərisindədir:

“Hesab edirəm ki, noyabr ayında bazarda qiymətlərin yenidən artımı müşahidə olunacaq. Bu, o demək deyil ki, qiymətlər belə yüksək səviyyədə qalacaq. Çünki bu günlərdə beynəlxalq təşkilatlar 2018-ci ildə dünyada neftə olan təlabatın həcminin artım pronqnozlarına yeniliklər etdi. Artım proqnozlarını əvvəlki illərlə müqayisədə azaltdı. Bu kimi faktorlar bu gün bazarda qiymətlərin formalaşmasına təsir göstərən əsas amillərdən biridir”.

İqtisadçı vurğulayıb ki, bu gün neft ölkələri arasında olan konsensus neft qiymətlərinin təxminən 70 dollar ətrafında olmasından ibarətdir:

“Çünki qiymətlərin kəskin artması istehsalçı ölkələrin özü üçün də ciddi problemlər formalaşdırır. Bu ölkələr idxalçı ölkələrdir. Onların idxal etdiyi bütün məhsulların qiymətində də artımlar baş verir. Çünki neft elə məhsul növü hesab olunur ki, onun qiymətində olan dəyişiklik dünyada təklif olunan bütün mal və xidmətlərin qiymətlərinə təsir göstərir. Eyni zamanda burada digər məqam ondan ibarətdir ki, faktiki olaraq neftin bahalaşması ABŞ şist neftinin hasilatı üçün imkanları artırır. Bu isə son nəticədə digər ölkələrin dünya bazarında mövqeyinə neqativ təsir göstərir”.

Ekspertin sözlərinə görə, istənilən halda bu gün qiymətlərin kəskin artımı neft sənayesinə investisiyanın həcminin sürətlə artmasına, ABŞ-da şist neft hasilatının genişlənməsinə və dünyada neft tədqiqatlarının həcminin sürətlənməsinə gətirib çıxarır:

“Bu da növbəti dövrlər üçün balonlar formalaşdırır. Yəni istehsalın həcminin artması nəticədə bazarlarda təklif balonları yaradır. Məhz OPEK-ə daxil olmayan ölkələrin də hasilatı artırılması ilə bağlı müəyyən qədər razılığa gəlməsində əsas səbəb odur ki, İranın bazarda sıxışdırılması nəticəsində azalan təklifi müəyyən qədər kompensasiya etsinlər".

Tarix
2018.10.20 / 09:18
Müəllif
Firuzə Vahidqızı
Şərhlər
Digər xəbərlər

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

İrəvan Fransanın oyunlarına getməməlidir! - İcma

Paşinyan separatçıları hədələdi: Bir hakimiyyət var!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla