Yuxarı

Gömrükçülər üçün təlim keçirilir – Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Oktyabrın 22-də Ümumdünya Gömrük Təşkilatının Bakı şəhərindəki Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisində “Hi-Scan-Hi-Trax II” baxış-rentgen texnikasının istismar qaydalarına dair operator təlimi başlayıb.

Axar.az xəbər verir ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin əməkdaşları üçün nəzərdə tutulan təlimdə öncə sözügedən avadanlıq haqqında videoçarx nümayiş etdirilib.

Sonra təlimçilər tərəfindən “Hi-Scan-Hi-Trax II” baxış-rentgen texnikası-nın istismar qaydaları barədə məlumat verilib.
Qeyd edilib ki, avadanlığın iş prinsipi, istismar qaydaları, təyinatı barədə biliklərin dərindən öyrənilməsi gömrük işinin səmərəli təşkilinə, gömrük nəzarətinin daha effektiv şəkildə həyata keçirilməsinə şərait yaradacaq.

Təlimi Dövlət Gömrük Komitəsinin müvafiq sahə üzrə beynəlxalq dərəcəli təlimçiləri statusunu almış əməkdaşları - Gömrük Əməliyyatlarının Tənzimlənməsi İdarəsinin rəisi Anar Məmmədov, idarənin Skanlaşdırma və Texniki Nəzarət Vasitələrinin Tətbiqi şöbəsinin rəisi Əmir Əsədov və Naxçıvan MR Dövlət Gömrük Komitəsi Yoxlama-Baxış Sistemlərinin İstismarı şöbəsinin rəisi Əkrəm Məmmədov aparır.

Beş gün davam edəcək təlimin sonunda uğurlu nəticə əldə edən iştirakçılara sertifikatlar veriləcək.

Tarix
2018.10.22 / 23:09
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla