Yuxarı

ABŞ raketlərini Qafqaza yerləşdirə bilər? – Sensasiya

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın orta və yaxın mənzilli raketlərin ləğvi ilə bağlı razılaşmadan çıxmaq istəyi anlaşılandır. ABŞ anlaşmaya riayət edərək rəqib hesab etdiyi ölkələrin Avrasiya bölgəsində hegemonluğuna göz yummaq istəmir.

Axar.az xəbər verir ki, bu haqda politoloq Elxan Şahinoğlu deyib. Siyasi şərhçi bildirib ki, ABŞ sazişdən çıxdıqdan sonra Avropa Rusiya ilə üz-üzə qalacaq:

"Çünki ABŞ anlaşmadan çıxarsa, Rusiya da anlaşmadan çıxacaq, orta və yaxın mənzilli raketlərin istehsalını gücləndirəcək. Bu isə ilk növbədə Avropa üçün təhlükə mənbəyinə çevriləcək. Belə olan halda bəzi Avropa ölkələri ABŞ-dan onları Rusiya təhlükəsindən qorumalarını istəyəcəklər. Beləliklə, ABŞ öz raketlərini Avropa qitəsində yerləşdirməyə başlayacaq. 1980-ci illərin əvvəllərində də ABŞ "Perşinq" raketlərini köhnə qitədə yerləşdirmişdi. Tarixin təkrarlanması ehtimalı böyükdür".

Siyasi şərhçi hesab edir ki, ABŞ raketlərini Avropa ölkələri ilə yanaşı, qonşu Gürcüstanda da yerləşdirə bilər:

"Əlbəttə, bu, Rusiyanı ciddi narahat edəcək. Ancaq Rusiya orta və yaxın mənzilli raketlərin yenidən istehsalına başladıqdan sonra qonşuluqda Moskva ilə problemləri olan Litva, Latviya, Estoniya, Ukrayna və Gürcüstan ABŞ-dan dəstək istəyəcəklər. ABŞ-ın Gürcüstandakı hərbi bazalarını rəsmiləşdirməsi Azərbaycanın maraqlarına uyğundur. Rusiyanın Ermənistandakı hərbi bazaları Azərbaycan üçün təhdiddir. ABŞ-ın Gürcüstandakı hərbi bazaları isə bölgədə qüvvələr nisbətində balans yaradacaq. Digər tərəfdən, ABŞ-ın Gürcüstanda hərbi varlığı Azərbaycanın enerji layihələrinin təhlükəsizliyini də təmin edəcək. Onsuz da Vaşinqton Azərbaycanın bütün regional layihələrini dəstəkləyir. ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Bolton da məhz bütün bu mövzuları müzakirə etmək üçün bölgədədir".

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp ölkəsinin orta və yaxın mənzilli raketlərin ləğvi ilə bağlı razılaşmadan çıxacağını bəyan edib.

Tarix
2018.10.23 / 10:59
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla