Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
21 Noyabr 2018


7 rayon qayıdır, sonra da... – Mixeyevin absurd iddiası

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Boltonun Azərbaycana və Gürcüstana, Ermənistandan fərqli olaraq, verdiyi yüksək dəyər, xüsusilə də Bakıda səsləndirdiyi fikirlər ABŞ-Azərbaycan münasibətlərinin inkişafını arzulamayan qüvvələrin narazılığına səbəb olub. Bu cür provokativ, təxribat xarakterli məlumatlar da buradan qaynaqlanır. Bu açıqlamaların başqa hər hansı formada əsası yoxdur, çünki bu fantastikadır.

Bu sözləri Axar.az-a “Rossiya 1” televiziyasında yayımlanan “Vladimir Solovyevlə axşam” verilişində Xəzər Əməkdaşlığı İnstitutunun Baş direktoru Sergey Mixeyevin Azərbaycanın işğal edilmiş ərazilərində İrana təzyiq üçün ABŞ bazalarının yaradılacağı ilə bağlı açıqlamasına münasibət bildirən analitik Elçin Mirzəbəyli deyib. O bildirib ki, bu təxribat xarakterli açıqlamadan başqa heç nə deyil:

“Çox güman ki, Boltonun Ermənistana təzyiqi müəyyən dairələri narahat edib. Bu dairələr də Dağlıq Qarabağda guya ABŞ bazalarının yerləşdiriləcəyi ilə bağlı informasiya yaymağa cəhd göstərir. İndiki şəraitdə bunun həyata keçirilməsi ehtimalı yoxdur. Bütövlükdə ABŞ-ın işğal altında olan Azərbaycan ərazilərindən İrana qarşı istifadə etməsi barədə səsləndirilən fikir sadəcə absurddur. Bu yalnız Vladimir Solovyev və onun öncədən təlimat verdiyi şəxslər kimi qafası şovinizimlə və Rusiyanın ifrat maraqları ilə dolu insanların ağlına gələ bilər. Normal düşüncəsi olan istənilən ekspertin ağlında belə şeylərin mövcud olması mümkün deyil. Boltonun Ermənistana verdiyi mesajlar, səsləndirdiyi fikirlər görünür, Rusiyanın müəyyən dairələrini, o cümlədən adı çəkilən şəxsləri kifayət qədər narahat edib. Bu provokativ bir informasiyadır”.

Analitik sülhməramlılarla bağlı məsələyə də münasibət bildirib:

“Şübhəsiz ki, ATƏT-in Minsk Qrupunun apardığı müzakirələrdə və bütün prinsiplərdə sülhməramlılarla bağlı məsələdə maraqlı tərəflərin burada iştirakı nəzərdə tutulmayıb. Maraqlı tərəf dedikdə isə ABŞ, Rusiya, Fransa nəzərdə tutulur. Əgər gələcəkdə münaqişənin həlli yolları tapılarsa və Ermənistan konstruktiv mövqeyə məcbur edilərsə, o zaman ərazilərdə sülhməramlı qüvvələrin yerləşdirilməsi prosesində ATƏT-in Minsk Qrupunda olan neytral dövlətlərin sülhməramlıları iştirak edə bilər. Bu, aparılan müzakirələrin də əsas predmetindən biridir”.

Analitik vurğulayıb ki, bu iddia həm də İranın qıcıqlanmasına xidmət edir:

“Regionda İrana da mesaj verilir ki, Ermənistanı Dağlıq Qarabağ münaqişəsində bu və ya digər şəkildə müdafiə etsin. Yəni Ermənistanın işğalçı siyasətini dəstəkləsin. Bildiyiniz kimi, bu yaxınlarda Azərbaycan, Türkiyə və İran xarici işlər nazirlərinin keçirdiyi görüşdə İran birmənalı şəkildə Azərbaycanın ərazi bütövlüyünə dəstək vermiş və münaqişənin həllinin yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində mümkün olması barədə mövqe sərgiləmişdi. Bu imzalanan İstanbul bəyannaməsində də öz əksini tapmışdı. Bu baxımdan son dövrlərdə baş verən hadisələr qeyd etdiyim kimi Ermənistanın, Ermənistanı himayə edən qüvvələrin narazılığına səbəb olub”.

“Rossiya 1” televiziyasında yayımlanan “Vladimir Solovyevlə axşam” verilişində çıxışı zamanı Xəzər Əməkdaşlığı İnstitutunun Baş direktoru Sergey Mixeyev bildirib ki, ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Boltonun İrəvana səfəri zamanı Ermənistana Dağlıq Qarabağ konfliktinin həll formulu təklif edilib:

“Bu formula əsasən, Azərbaycanın işğal edilmiş ərazilərində İrana təzyiq üçün ABŞ bazaları yaradılacaq. Ermənistanda indi hakimiyyət dəyişikliyinin amerikalılarla əlaqəli olmadığı deyilir. Bu, əslində belə deyil. Hər kəsə aydındır ki, Ermənistanda ABŞ-ın himayəsində olanların sayı çoxdur”.

Tarix
2018.11.06 / 14:34
Müəllif
Firuzə Vahidqızı
Şərhlər
Загрузка...
Digər xəbərlər

Bakı-Tiflis-Ankara arasında növbəti hərbi sənəd... - Sixarulidze

Türk dövlətləri İzmir Bəyannaməsini qəbul etdi

Zakir Qaralov Monqolustan nümayəndə heyəti ilə görüşdü - Foto

İlham Əliyev 2 ölkə liderinə məktub ünvanladı

Bakı-Ankara-Tiflis birgə təlimlərinin hədəfi - Şərh

Türk və gürcü generallarını Bakıya gətirən – Səbəb

Vaşadze seçilərsə, Bakı ilə əlaqələr... - Şaşkin

İvanişvili azərbaycanlılara nələr söz verdi, nələr etdi?

Generallar Bakıda: görüşün məqsədi.. – Nazir açıqladı

Bir davanın tarixçəsi: gizli çəkiliş, məhkəmə və… - Videolar

KULT
<>
Xəbər xətti
 
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla