Yuxarı

ABŞ-da seçki: Adil Bağırov da qatılıb – Kimlər qalib gəlir?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-da keçirilən aralıq seçkisində respublikaçılar Miçiqan ştatının rəhbəri vəzifəsini uduzublar.

Axar.az xəbər verir ki, buradakı seçkidə Demokratlar Partiyasının nümayəndəsi Qretçen Vitmer qalib gəlib.

Seçkidə respublikaçılar Kanzas, 3-cü bölgədə də demokratlara məğlub olublar. Burada qələbəni demokratların namizədi Şaris Devids qazanıb. Bu şəxs qələbə sayəsində ABŞ tarixində Konqresə daxil olan ilk hindu qadın olacaq.

Demokratlar bu il daha bir yeniliyə imza atıblar. Ötən ilə qədər barmenlik edən Aleksandra Okasio Kortez də seçkidə qələbə qazanmağı bacarıb. O, bununla ABŞ tarixinin ən gənc konqresmeni adına layiq olub.

Senata gəlincə isə demokratlardan Berni Sanders Vermontda, Tim Keyn isə Virciniyada qalib gəlib. İndiana və Corciya əyalətlərində isə respublikaçıların öndə olduğu açıqlanıb. Florida tərəflər arasında bərabər mübarizənin getdiyi bildirilib.

Nyu York və Texasda qubernatorluğu yenə də demokratlar qazanıb. Nyu Yorkda Endryu Kuomo, Texasda isə Qrek Abbot qalib gəlib.

CNN televiziyası demokratların Massaçusets, Ohayo, Konnektikut, Merilənd, Delaver, Rod Aylənd, Pensilvaniya, Minnesota, Nyu York, Nyu Meksika, Qərbi Virciniya, Nyu Cersi ştatlarında Senat seçkisini yenidən qazandıqlarını açıqlayıb. Respublikaçılarla demokratlar arasında ən kritik yarışın aparıldığı Tennessi ştatında isə respublikaçılar qalib gəlib. Respublikaçı Marşa Bləkbörn senator statusunu qazanıb.

İki müsəlman, bir gey

Builki seçkidə daha bir yenilik müsəlmanlarla bağlı olub. Konqres tarixində ilk dəfə iki müsəlman qadın – əslən keniyalı olan 42 yaşlı İlhan Ömər və fələstinli 37 yaşlı Rəşid Talib – konqresmen seçiliblər.

Konqresə həmçinin bu il ilk dəfə gey konqresmen də seçilib. Koloradodan seçilən gey namizəd Cared Polisdir.

Tramp təsir edir

Daha bir maraqlı məqam isə CBS-nin keçirdiyi sorğudan sonra ortaya çıxıb. Seçicilərin 65%-i seçkidə verdiklərə səsə Donald Trampın siyasətinin birbaşa təsir etdiyini bildirib. 26% şəxs Trampın siyasətini bəyənərək seçkiyə getdiyini, 39% isə onun siyasətinə neqativ yanaşdığını deyib. Ümumilikdə 44% şəxs Trampın hazırkı siyasətini dəstəklədiyini deyib.

Azərbaycanlı namizəd

Builki seçkidə ən maraqlı məqamlardan biri seçkiyə iki türk əsilli şəxsin də qatılmasıdır. Hər ikisi respublikaçıların sırasında seçkidə iştirak edib. Bunlardan biri - Lauren Arıkan Merilənd ştatının məclisinə keçirilən seçkidə mübarizə aparır.

Digər namizəd - Adil Bağırov isə Ohayo ştatının Montqomeri vilayətinin məclisinə düşmək uğrunda çalışır. Hər iki namizədin seçkiyə qatıldığı bölgələrdə respublikaçıların üstünlük təşkil etdiyi və hazırda qazanmaq imkanlarının yüksək olduğu bildirilib.

Trampın sirri ifşa ola bilər

Konqresdə Nümayəndələr Palatasının demokratların əlinə keçməsi Prezident Donald Tramp üçün təhdid yaradıb. Belə ki, demokratların bunun sayəsində Trampın gəlir vergisini tələb etmək haqqını qazanacaqları vurğulanıb. Artıq partiya nümayəndələri indidən Trampdan vergi bəyannaməsi istəyəcəklərini bəyan ediblər.

Tarix
2018.11.07 / 11:38
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

İrəvan Fransanın oyunlarına getməməlidir! - İcma

Paşinyan separatçıları hədələdi: Bir hakimiyyət var!

Bu, Fransanı ciddi narahat edir - Nağıyev

Fransa İrəvanı yeni müharibəyə təhrik edir - DTX rəisi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla