Yuxarı

Şura sədri Türkiyəyə gedir: memorandum imzalanacaq

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyevin başçılıq etdiyi nümayəndə heyəti 8-10 noyabr 2018-ci il tarixlərində Türkiyənin Ankara şəhərində səfərdə olacaq.

Axar.az xəbər verir ki, səfər çərçivəsində Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası və Türkiyə Respublikasının Daxili İşlər Nazirliyi arasında birgə fəaliyyət və əməkdaşlıq haqqında Memorandum imzalanacaq.

Nümayəndə heyətinin Türkiyə Böyük Millət Məclisi, Türkiyə Respublikasının Daxili İşlər Nazirliyi, Türkiyə Dərnəklər Dairəsi, Vəqflər Baş İdarəsi, Xaricdə yaşayan Türklər və Əqraba Topluluqları Başqanlığında görüşlər keçirməsi nəzərdə tutulur.

Qeyd edək ki, nümayəndə heyətinə Şura Katibliyinin icraçı direktoru Fərasət Qurbanov və beynəlxalq əlaqələr, analtik təhlil və ekspertiza bölməsinin rəhbəri Toğrul Məmmədli daxildir.

Tarix
2018.11.08 / 00:39
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova

Ruslar Qarabağdan neçə hərbçi və texnika çıxardı? - Siyahı

Azərbaycanlıların Ermənistana qaytarılması üçün... - Zaxarova

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla