Yuxarı

Yeni ordu Avropanı qoruya biləcəkmi? – Şərh

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu məsələnin ortaya atılmasının əsas səbəbi ABŞ-ın, Donald Trampın Avropa liderlərinə təpkisinə cavab verməkdir. Burada yaradılacaq hərbi qüvvələr amorf xarakterə sahib olacaq.

Bu sözləri Axar.az-a Avropa Birliyinin 9 ölkəsinin Avropa ordularının koalisiyasını yaratmasına münasibət bildirən politoloq Sahil İsgəndərov deyib. O bildirib ki, bir sıra Avropa ölkəsinin, xüsusilə aparıcı – Fransa, Böyük Britaniya, Almaniyanın belə bir təşəbbüslə çıxış etməsi yeni deyil:

“Avropa Birliyinin vahid ordusunun yaradılması ideyası daha əvvəllər də olub. Əgər tarixə nəzər salsaq, hətta 80-100 il bundan əvvəl də bu mövzu aktual olub. Doğrudur, İkinci Dünya müharibəsindən sonra vahid Avropanın təhlükəsizlik sisteminin yaradıcısı və qarantı ABŞ olduğuna görə, ən azı 2010-cu ilə qədər bu məsələ ikinci plana atıldı. Amma hər zaman Avropa Birliyi oyunçu, vahid aktor kimi həm dünya siyasətində, həm də hərbi sahədə sanki müstəqil olmağa, ABŞ-ın təsirinin altından çıxmağa çalışıb. Maraqlıdır, AB-də bunun üçün siyasi iradə və güc varmı?! Məsələ bundadır. Son vaxtlar, xüsusilə Tramp hakimiyyətə gəldikdən və vahid Avropanın mövqeyini bir növ qulaqardı etməsindən sonra Avropanın bir sıra aparıcı ölkələrində - ilk növbədə Fransa və Almaniyada Avropa ordusunun yaradılması ilə bağlı fikir möhkəmlənib. Ona görə də onlar belə bir razılığa gəlib. Amma buna müvəffəq olub-olmamaq məsələsi suallar yaradır. Ümumiyyətlə, Rusiya nə qədər ki, Avropa, Qərb üçün təhlükə olaraq qalır, Avropa ordusunun yaradılması məsələsi xülyadır. Çünki Avropa gözəl başa düşür ki, Rusiya təhlükəsindən onun effektiv müdafiəsini yalnız və yalnız ABŞ təmin edə bilər. Çünki Rusiya ilə ABŞ təxminən bərabər nüvə silahı gücünə malikdir. Bu müstəvidə Avropa ordusunun yaradılması məsələsi o qədər də inandırıcı görünmür”.

Politoloq qeyd edib ki, Böyük Britaniyanın burada təmsil olunması bəzi suallar ortaya çıxarır: “Çünki Böyük Briyaniya ABŞ-ın strateji və güclü müttəfiqidir. Vahid Avropa hərbi qüvvələri sırf simvolik xarakter daşıya bilər”.

Politoloq vurulayıb ki, bu iddiaların meydana çıxmasının digər bir səbəbi də NATO daxilində ABŞ-ın çox güclü təzyiqi və nüfuzunun olmasıdır:

“ABŞ NATO-ya daxil olan Avropa ölkələrinə qarşı çox sərt mövqe sərgiləyir. Çünki Avropa Birliyinə daxil olan ölkələr hələ 2010-cu ilə qədər, yəni Rusiya ilə Qərb arasındakı münasibətlər tam tarıma çəkilməmiş NATO-nun nizamnaməsində qeyd olunduğu kimi, ÜDM-nin 2%-ni müdafiə xərclərinə ayırmırdılar. ABŞ da buna haqlı olaraq, narazılığını ifadə etdi. Yəni ABŞ öz vəsaiti hesabına AB ölkələrinin təhlükəsizliyinin təminatçısı olmaqdan imtina etdi. Tramp konkret olaraq, AB ölkələrini fakt qarşısında qoydu və məcbur elədi ki, bu ölkələr də müdaifə xərclərinə ÜDM-dən 2% ayırsın. Bu da Avropanın bir çox aparıcı dövlətlərinin, elə bu ideyanın təşəbbüskarı kimi çıxış edən dövlətlərin o qədər də xoşuna gəlmir. Avropa ölkələrində belə bir yanaşma var ki, ölkələrində daha çox sosial sahələrə pul ayrılmalı və insanların problemlərinin həlli üçün xərclənməlidir. Bu sadəcə siyasi elitanın yanaşması deyil. Ümumiyyətlə, Avropanı hərbi təhlükə gözləmir. Buna görə də onlar Trampın fikrinə alternativ kimi bu ideyanı səsləndirirlər. Amma bu qüvvələr yaradılsa da, Avropanın təhlükəsizliyinin təminatında qlobal xarakterli rola malik olmayacaq. Yenə də istənilən halda NATO aparıcı blok kimi qalacaq”.

Politoloq həmin qüvvələrin yaradılmasına az vəsaitin ayrılması ilə bağlı müzakirəni də yada salıb:

“Yaxın 10 ildə bu iş üçün 6,5 milyard avro pul ayrılacaq. 6,5 milyard avronu 10 ilə böləndə ilə 650 milyon düşür. Bu rəqəmlə də hansısa hərbi qüvvələri döyüşə hazırlıqlı vəziyyətdə saxlamaq mümkün deyil. Burada 9 ölkənin olmasını da nəzərə almalıyıq. Ümumiyyətlə, Avropanın aparıcı dövlətlərinin siyasi elitasında ABŞ-ın təsirindən çıxmaq və yaxud ona alternativ qurum yaratmaq üçün siyasi iradə yoxdur. Özləri də gözəl başa düşür ki, Avropa o gücdə, hünərdə deyil ki, ortaya birləşmiş hərbi qüvvələr çıxara bilsin. Ona görə də bu məsələnin reallaşması inandırıcı deyil”.

Qeyd edək ki, Avropa Birliyinin 9 ölkəsi Avropa ordularının koalisiyasını yaradıblar. Koalisiyaya Fransa, Almaniya, Belçika, Britaniya, Danimarka, Estoniya, Niderland, İspaniya və Portuqaliya daxil olub.

Tarix
2018.11.09 / 10:24
Müəllif
Firuzə Vahidqızı
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla