Yuxarı

Əli Abbasov: "Neft gəlirlərinin həcmi azaldılacaq"

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

2020-ci ilə Azərbaycanın ümumi daxili məhsulunda (ÜDM) neft gəlirlərinin həcmi indiki 47 faizdən 20-25 faizədək azaldılacaq.

Bunu rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov Azərbaycan-ABŞ biznes forumunda çıxış edərkən deyib.

Onun sözlərinə görə, buna iqtisadiyyatın qeyri-neft sektorunun inkişafı hesabına nail olmaq planlaşdırılır:

"Azərbaycan kimi kiçik miqyaslı bazar üçün iqtisadiyyatın irimiqyaslı quruculuq işlərində innovativ yanaşma tətbiq etmək vacibdir. Kapitalı təbii resurslardan asılı olan iqtisadiyyatın digər sahələrinə, daha doğrusu, texnoloji tutumlu məhsul və xidmətlərə ayırmaq lazımdır".

Ə.Abbasov qeyd edib ki, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə bu sahədə hökumətin siyasətini formalaşdırmaq və İKT sektorunun inkişafı üçün əlverişli zəmin yaratmaq tapşırılıb.

Nazir əlverişli mühitin yaradılmasına yardım edə biləcək üç əsas istiqaməti müəyyənləşdirib: "Birincisi, elmin inkişafı, ixtisaslaşdırılmış ali məktəblərin, bənzər İT universitetlərin yaradılması, tələbələrin xaricə təhsilə göndərilməsi hesabına insan resurslarının inkişafıdır. İkincisi, inkişaf üçün əlverişli mühitin yaradılmasıdır. Söhbət vergi qoyma siyasəti, gömrük və fiskal siyasəti, investisiyalar və sairdən gedir. Hökumət sahibkarlar üçün əlverişli mühit yaratmaq məqsədilə onların hər biri üzrə zəruri və mümkün olan hər şeyi edir".

Onun sözlərinə görə, üçüncü önəmli istiqamət kapitaldır:

"Azərbaycan bu baxımdan təbii resurslara sahib olmayan digər ölkələrlə müqayisədə daha çox üstünlüyə malikdir və neft sahəsindən əldə edilən gəlir iqtisadiyyatın qeyri-neft sektorunun inkişafına ayrılır".

Ə.Abbasov xarici investorları maraqlandıra biləcək istiqamətləri də müəyyən edib. Onların sırasında xarici şirkətlərin yerli və Azərbaycanın təşəbbüs göstərdiyi regional layihələrdə iştirak imkanı var.

Nazir bildirib ki, Azərbaycan yeni klasterlərin qurulmasına investisiya yatırmağa hazırdır. Söhbət innovasiyaların və ixracat yönümlü məhsulların yaradılmasından gedir. (Trend)

Tarix
2013.12.03 / 19:25
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Pənahov Maldivə getdi: Seçkiləri müşahidə edəcək

ABŞ buna görə Bakını təbrik etməli idi... - Deputat

Deputatdan tələb: Ləyaqəti varsa, Prezidentdən üzr istəsin!

Sülhməramlılar çıxır, Rusiyanı ləkələmək istəyəcəklər

Ermənilər üçün canını verməyən 1960 rus döyüşə getdi

Bakı təcrübəsi: Daha bir ölkə fransız diplomatları qovdu

Paşinyan sərhədimizi pozmasın deyə, görün, nə etdi - Video

Rus sülhməramlılar çıxdı, ABŞ və Rusiya ittihama başladı

İran rejimi xalqın həyatını belə təhlükəyə atır - Günəş

İran səfirinin məqsədi sülhü əngəlləməkdir - Məmmədov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla