Yuxarı

Rəsul Quliyev Milli Şuradan çıxarılıb

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

ACP-nin sabiq lideri Rəsul Quliyevin Milli Şuradan xaric edilməsi məsələsi qurumun bu gün keçirilən sessiyasında müzakirəyə çıxarılıb.

ACP sədri Sülhəddin Əkbər bildirib ki, Milli Şuranın Əsasnaməsində üzvün xaric edilməsi mexanizmi yoxdur.

O, Rəsul Quliyevin özü ilə əlaqə saxlamadan bu məsələnin müzakirəyə çıxarılmasının da yolverilməz olduğunu söyləyib. Milli Şuranın sədri Cəmil Həsənli deyib ki, Rəsul Quliyevin Milli Şuranın üzvü kimi saxlanılması qurumun özünə hörmətsizliyidir.

Səsvermə keçirilib və Cəmil Həsənli təxminən 40 nəfərin Rəsul Quliyevin qurumdan çıxarılması təklifinin lehinə səs verdiyini söyləyib. S. Əkbər isə bunu etirazla qarşılayıb: "Azərbaycanın tanınmış siyasi xadimi ilə bağlı səsverməni təxminlərlə yola vermək düzgün deyil. Mən buna rəsmən etiraz edirəm".

Cəmil Həsənli isə Rəsul Quliyevin öz fəaliyyəti ilə özünü Milli Şuradan kənar qoyduğunu bildirib. (APA)

Tarix
2013.12.03 / 20:10
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova

Ruslar Qarabağdan neçə hərbçi və texnika çıxardı? - Siyahı

Azərbaycanlıların Ermənistana qaytarılması üçün... - Zaxarova

Onlar Qafqazda yeni böyük yanğını alovlandırmaq istəyir

AK Ermənistana 33 milyon avro ayıracaq

Türkiyə-Rusiya Birgə Mərkəzin fəaliyyəti dayandırılır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla