Yuxarı

İnam Kərimovun Sofiyada etirazına səbəb... – Şərh

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bolqarıstan-Azərbaycan əməkdaşlığına mane olmaq istəyən qüvvələr var.

Axar.az xəbər verir ki, bu sözləri Sofiyada Azərbaycan ilə Bolqarıstan arasında ticarət-iqtisadi və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiyanın 5-ci iclasını şərh edən politoloq Elxan Şahinoğlu qeyd edib.
O bildirib ki, iclasda komissiyanın Azərbaycan tərəfindən həmsədri olan Kənd Təsərrüfatı naziri İnam Kərimovun rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edib.

“Azərbaycanın Kənd Təsərrüfatı naziri İnam Kərimov da iki ölkə arasındakı əməkdaşlığın vacibliyindən danışıb. Ancaq İnam Kərimovun bir fikri diqqəti cəlb edib. Kərimov deyib ki, Azərbaycanın işğal olunmuş ərazilərində istehsal edilən məhsulların Bolqarıstan bazarına çıxarılmasının qarşısı alınmalıdır. Nazir vurğulayıb ki, Bolqarıstan, o cümlədən Avropa İttifaqı ölkələri separatçı rejimlə əməkdaşlıq etməməlidir”, - Şahinoğlu bildirib.
Politoloq qeyd edib ki, nazir bununla maraqlı məqama diqqət çəkib:

“Yəni Ermənistanın Dağlıq Qarabağda istehsal olunan malları Bolqarıstan bazarına çıxarmağa çalışması və rəsmi Bakının bundan xəbərinin olması diqqətə çatıdırıb. Hər yerdə olduğu kimi, Bolqarıstanda da erməni lobbisi var. Qarabağ mallarının Bolqarıstan bazarına çıxarılmasında bu lobbinin də əli var. Ona görə də rəsmi Bakı xəbərdar edir ki, Azərbaycanın ərazi bütövlüyünə hörmət edən Sofiya bu cür təxribatların qarşısını almalıdır”.

Politoloqun sözlərinə görə, Bakı Sofiya ilə enerji əməkdaşlığını genişləndirməyə ümidlidir:

“Azərbaycan 2020-ci ildən etibarən Bolqarıstana ildə 1 milyard kubmetr qaz satmaq istəyir. Azərbaycan qazı Bolqarıstan istehlakının təxminən 30%-ni əhatə edəcək. Bu, Bolqarıstanın enerji təhlükəsizliyini əhəmiyyətli dərəcədə artıracaq. Buna baxmayaraq, Azərbaycan-Bolqarıstan enerji əməkdaşlığına mane olmaq istəyən qüvvələr var. Birincisi, Rusiya istəmir ki, Azərbaycan öz qazını Bolqarıstana çatdırsın. Çünki Rusiya Bolqarıstanın qaz bazarına özü nəzarət etmək istəyir. Rusiya Azərbaycan Dövlət Neft Şirkətinin Bolqarıstanda qaz paylaşdırıcı şəbəkə qurmasına mane olmağa çalışır. İkincisi, Bolqarıstanda Rusiyanın neft şirkətləri ilə əlaqələri olan qruplar var. Hakimiyyətin müxtəlif qollarında yer alan bu qruplar maliyyə dəstəyi qarşılığında Bolqarıstanda Rusiyanın maraqlarını qoruyurlar. Bu şəxslər Bolqarıstandakı erməni lobbisi ilə sıx əlaqəlidirlər".
Politoloqun sözlərinə görə, Azərbaycan Bolqarıstanda möhkəmlənmək üçün bu iki qüvvə ilə mübarizə aparmalıdır:

“Ancaq bu mübarizədə Bakı Sofiyanın dəstəyinə ümid edir. Çünki Azərbaycanın enerji resursları Bolqarıstan üçün daha faydalıdır, Bolqarıstan üçün alternativ enerji resurslarına yol açır. Ona görə də Bakıya da tez-tez səfər edən Bolqarıstanın Baş naziri Boyko Borisov Azərbaycanla əməkdaşlığı əngəlləmək istəyən qrupların neytrallaşdırılmasına çalışmalıdır”.

Tarix
2018.11.09 / 19:21
Müəllif
Firuzə Vahidqızı
Şərhlər
Digər xəbərlər

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova

Ruslar Qarabağdan neçə hərbçi və texnika çıxardı? - Siyahı

Azərbaycanlıların Ermənistana qaytarılması üçün... - Zaxarova

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla