Yuxarı

Rusiya İrəvana qarşı bu silahı işə sala bilər – İqtisadçı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya indi daha üstün mövqedədir və istədiklərini Ermənistandan almasa, qaz qiymətlərində endirimə getməyəcək.

Bu sözləri Axar.az-a Ermənistanın Təbii Sərvətlər naziri Qaregin Baqramyanın Ermənistanın Rusiyadan alınan qazın qiymətinin endirilməsi üçün danışıqlar aparması ilə bağlı açıqlamasına münasibət bildirən iqtisadçı Natiq Cəfərli deyib. O bildirib ki, əslində qaz məsələsi Ermənistana Rusiya tərəfdən edilə biləcək təzyiqlərin bir formasıdır:

“Yəni Rusiya əlində bunu əlavə “silah” kimi saxlayır və lazım olanda istifadə edir. Bir sözlə, Ermənistanın siyasətindən asılı olaraq addımlar atır. Əgər Ermənistanın indiki rəhbərliyi və seçkilərdən sonra formalaşacaq hökuməti Rusiyadan daha da aralanmağa və qərbyönlü siyasət yürütməyə çalışsa, bu yöndə addımlar atsa, Rusiya təbii ki, güzəştə getməyəcək. Rusiyanın öz maraqları çərçivəsində Ermənistan addımlar atsa, Kremlin cızdığı sərhədlər çərçivəsində davranacağına söz versə, ola bilər ki, müəyyən endirimlər olsun”.

İqtisadçı vurğulayıb ki, Ermənistan tərəfinin bu danışıqlarda əli xeyli zəifləyib:

“Əvvəllər Ermənistan bu danışıqlarda endirim edilməsə, İrandan qaz alacaqlarını Rusiya qarşısında şərt kimi qoya bilirdi. İranla Ermənistan arasında artıq ikinci boru kəməri də çəkilib qurtarıb. İrandan da Ermənistan qaz alırdı. Amma indi İrana qarşı ABŞ-ın sanksiyaları enerji ixracatında da müəyyən problemlərin yaranmasına səbəb olacaq. Ona görə də Ermənistanın İran kartından istifadə etməsi, İrandan qaz alacağı ilə bağlı Rusiyaya hədə-qorxu gəlməsi çətin olacaq”.

Qeyd edək ki, Ermənistanın Təbii Sərvətlər naziri Qaregin Baqramyan Rusiyadan alınan qazın qiymətinin endirilməsiylə bağlı danışıqlar aparıldığını açıqlayıb.

Tarix
2018.11.10 / 09:00
Müəllif
Firuzə Vahidqızı
Şərhlər
Digər xəbərlər

İlham Əliyev daha bir tarix yazdı – Türk general

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla