Yuxarı

Nazarbayev Bakıya yaşıl işıq yandırdı - Politoloq

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan hələ əvvəldən Xaçaturovu geri çağırmaqla həm təşkilatın nüfuzuna, həm də bu təşkilatda öz nüfuzuna zərbə vurdu.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Arzu Nağıyev deyib. O bildirib ki, KTMT-nin baş katibinin seçilməsi proseduru nizamnaməyə uyğun olaraq aparılır:

“Baxmayaraq ki, Ermənistan tərəfi guya il yarım vaxtlarının qalmasını əsas gərirərək, Ermənistanın nümayəndəsinin yenidən KTMT-yə baş katib vəzifəsinə seçilməsinə çalışır. Bu, elə bir vəzifədir ki, burada təmsil olunan bütün dövlətlərin başçıları bu məsələyə fikir bildirməlidir. Hazırda bu məsələnin 3 həll variantı var. Birincisi, Ermənisan çalışır ki, baş katib yenə də Ermənistanın nümayəndəsi olsun. İkincisi, Xaçaturovun müavini sona qədər bu vəzifəni icra etsin. Üçüncüsü isə, əlifba sırasına əsasən, bu vəzifə Belarusdan olan nümayəndəyə verilsin. Ən optimal variant kimi məhz üçüncü nəzərdə tutulur. Qazaxıstan Prezidenti Nursultan Nazarbayev qeyd etdi ki, geridə qalan vaxtda Ermənistandan yeni bir nümayəndənin bu vəzifəyə seçilməsi heç nizamnamədə də yoxdur. Seçilsə belə, qalan il yarım ərzində həmin şəxs heç təmsil olunan dövlətləri gəzib, bu dövlətlərin rəhbərləri ilə görüşə bilməz. Yəni Paşinyanın bu istəyi absurd məsələdir”.

Politoloq vurğulayıb ki, Belarusun nümayəndəsinin bu vəzifəyə seçilməsi və onun 1985-ci ildə hərbi təhsilini Bakıda almış olması tam şəkildə qurumun Qarabağ münaqişənə yanaşmasında müsbət təsirini göstərəcək:

“Çünki bu şəxs artıq Azərbaycan reallığından, milli adət-ənənələrindən xəbərdadır. Azərbaycanın hərb sahəsindən, Dağlıq Qarabağ münaqişəsindən, buradakı proseslərin necə və nədən başladığından məlumatlıdır. Bunu müsbət hal kimi dəyərləndirmək olar”.

Politoloq qeyd edib ki, Xaçaturovun hansısa cinayətdə əli olması, 2008-ci il prezident seçkilərinə birbaşa müdaxiləsi məsələsinin bu şəkildə üzə çıxarılması təşkilatın nüfuzuna ciddi zərbə vurdu:

“Yəni haqlı olaraq belə cinayətlər törətmiş şəxsin, 2008-ci il hadisələri ilə əlaqələri olmuş bir hərbçinin KTMT-yə rəhbərlik etmiş olması bu təşkilatın dünyada nüfuzdan düşməsinə səbəb oldu. Qərb və digərləri sual verə bilər ki, bu niyə əvvəldən yoxlanılmayıb?! Digər məsələ ondan ibarətdir ki, Xaçaturovun bu cinayətləri törətməsi faktı niyə məhz Paşinyan hakimiyyətə gələndən sonra gündəmə gəldi?! Təbii ki, son sözü yenə də KTMT-yə üzv olan dövlətlər deyəcək. Lakin artıq Nazarbayev kimi bir şəxsin belə bəyanatla çıxış etməsi çox şeydən xəbər verir. Düşünürəm ki, bu məsələdə Ermənistan yenə də uduzmuş vəziyyətdə qaldı".

Politoloq vurğulayıb ki, KTMT-nin Astana sammitində nizamnamə dəyişikliyi və tərəfdaş və müşahidəçi ölkələrin statusu haqda qərar Bakıya jestdir:

"Azərbaycanın da müşahidəçi qismində bu iclaslarda iştirak etməsi çox mühüm hadisə olar”.

Qeyd edək ki, Qazaxıstanın paytaxtı Astanada KTMT-yə üzv dövlətlərin rəhbərlərinin iclası baş tutub.

Qazaxıstan Prezidenti Nursultan Nazarbayev iclasdan sonra təşkilatın yeni baş katibinin Belarus təmsilçisi olacağını və son qərarın dekabrın 6-da Sankt-Peterburq görüşündə veriləcəyini açıqlayıb.

Tarix
2018.11.10 / 14:55
Müəllif
Firuzə Vahidqızı
Şərhlər
Digər xəbərlər

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla