Yuxarı

Qubernator: Azərbaycanlılar tarixən burada fəal olublar

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstanda yaşayan azərbaycanlılar tarixən bu ölkənin ictimai-siyasi həyatında fəal rol oynayıblar. Bu gün də azərbaycanlı gənclər Gürcüstanın Avropaya inteqrasiyasında fəal rol oynayırlar.

Axar.az xəbər verir ki, bu sözləri Gürcüstanın azərbaycanlıların yığcam yaşadığı Kvemo Kartli-Borçalı bölgəsinin qubernatoru Şota Rexviaşvili Gürcüstan Müsəlmanları İdarəsinin illik hesabatına həsr olunmuş tədbirdə söyləyib.

Qubernator deyib: “Azərbaycanlılar hər zaman Gürcüstanda bütün sahələrdə fəal olublar. Gürcüstanda deputat olmuş etnik azərbaycanlı Pərixanım Sofiyeva buna parlaq nümunədir. O, müsəlman dünyasında deputat seçilən ilk qadındır. Bu, onu göstərir ki, Gürcüstanda yaşayan azərbaycanlılar tarixən ölkənin ictimai-siyasi həyatında yüksək fəallıqları ilə seçiliblər”.

Azərbaycanlı gənclərin fəal olmalarını yüksək qiymətləndirən Ş.Rexviaşvili onların cəmiyyətin bütün sahələrində inteqrasiyası üçün dövlət dilinin öyrənmələrinin vacibliyini qeyd edib.

Ş.Rexviaşvili Gürcüstanda milli azlıqların hüquqlarının tam qorunduğunu bildirib. Qeyd edib ki, Gürcüstan hər zaman dini və etnik müxtəlifliyi ilə seçilib. Ölkədə müxtəlif din və millətlərin nümayəndələri tarix boyu sülh, qarşılıqlı hörmət və anlaşma şəraitində yaşayıblar. Gürcüstanda bu ənənə yaşamaqdadır və gələcəkdə daha da möhkəmləndiriləcək.

Tarix
2018.11.10 / 20:00
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Radev Əliyevə zəng etdi: Səfər təxirə düşdü

Rəsmi İrəvan gərəksiz bəhanələr axtarmaq əvəzinə…

Bu, Ermənistanı yeni təxribatlara təşviq edə bilər

ABŞ-ın bu addımları bizi məyus edir - Hacıyev

Bakı və İrəvan sülhə yaxındır, ancaq… - Hacıyev

Akar ABŞ konqresmenləri ilə sülh prosesini müzakirə etdi

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla