Yuxarı

KTMT-dən İrana yaşıl işıq: Tehran qərar verərsə... – Politoloq

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran hazırda çox çətin durumdadır. Bu vəziyyətin gələcəkdə daha da kritik ola biləcəyini proqnozlaşdırmaq mümkündür.

Bu sözləri Axar.az-a açıqlamasında sabiq dövlət müşaviri Qabil Hüseynli deyib. O bildirib ki, hazırda Rusiya və İran arasındakı münasibətlər az qala müttəfiqlik səviyyəsinə qalxıb:

“Bu münasibətlər günü-gündən inkişaf edir. İran Rusiyanın və Çinin başçılıq etdiyi Şanxay Əməkdaşlıq Təşkilatındə müşahidəçi qismində iştirak edir və bu təşkilatın bütün iclaslarına qatılır. Gələcəkdə İran KTMT-də də belə bir statusa can ata bilər”.

Politoloq qeyd edib ki, ABŞ İrana qarşı 12 şərt irəli sürüb:

“Bu şərtlər kifayət qədər ağırdır. Belə görünür ki, ABŞ bu şərtlərin hamısının yerinə yetirilməsini tələb edəcək. Ortada təkcə nüvə silahının istehsalına can atılmasının dayandırılması deyil, eyni zamanda, sosial narazılıq yaradaraq əhalinin mövcud rejimə qarşı mübarizəsini təşviq etmək niyyətləri də var. Yəni ABŞ mərhələ-mərhələ öz planlarını həyata keçirmək istəyindədir. Hətta ABŞ-ın İrana qarşı hərbi addımları da ola bilər. Belə ki, Amerikanın İranın nüvə mərkəzlərinə və bəzi obyektlərinə İsraillə birlikdə hava zərbəsi endirməsi istisna edilməməlidir. Belə mümkün ssenarilərdən sığortalanmaq üçün İranın ən etibarlı müdafiə imkanlarından biri də KTMT ilə əlaqələri yüksək səviyyəyə çatdırmaqdır. Hesab edirəm ki, İranın Rusiyanın iqtisadi yönümlü təşkilatlarına inteqrasiyasının şahidi oluruqsa, hərbi-siyasi yönümlü təşkilatlara da belə inteqrasiyanın baş verəcəyini proqnozlaşdırmaq olar”.

Tarix
2018.11.12 / 14:02
Müəllif
Firuzə Vahidqızı
Şərhlər
Digər xəbərlər

Təklif qəbul edildi: Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla