Yuxarı

Bakı, Tiflis və Kiyev lazımi qədər güclənərsə... - Korsunski

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-sız Avropanın təhlükəsizliyi mümkün deyil.

Bu sözləri Axar.az-a açıqlamasında Ukraynanın Türkiyədəki eks-səfiri, Ukrayna Xarici İşlər Nazirliyi yanında Gennadi Udovenka adına Diplomatik Akademiyanın direktoru Sergey Korsunski deyib.

“Avropanın öz ordusunun yaradılması ideyası yeni deyil. Bunun haqqında avropalı siyasətçilər, xüsusilə də Fransanın rəhbərləri dəfələrlə bəhs ediblər. Lakin indiyə qədər bu ideya şüar olaraq qalıb. Əgər ciddi şəkildə bu məsələyə baxsaq, o zaman ilk növbədə bu gələcək ordunun NATO-ya necə münasibət göstərməsini anlamalıyıq. Kim bu ordunu formalaşdıracaq, koordinasiya edəcək? Avropa Komissiyası? Bunun tərkibinə yalnız AB üzvləri, yoxsa digər dövlətlər də daxil olacaq? Ordu yaradılacağı təqdirdə NATO-ya üzv avropalı dövlətlərin yeni ordunun saxlanılmasına ayıracaqları maliyyə alyansın saxlanılması üçün verilən maliyyədən əhəmiyyətli dərəcədə çox olmalıdır. Avropa gələcək ordusuna böyük resurslar ayırmağa hazırdımı? Mənim qənaətimcə, ABŞ-sız Avropanın təhlükəsizliyi mümkün deyil. Bu, böyük hərbi sənaye kompleksi, kəşfiyyat, planlaşdırma və situasiyanın siyasi anlaşılması deməkdir. Böyük ehtimalla Avropa ordusu yerinə lokal məsələlərin həlli üçün hansısa operativ reaksiya qüvvələrinin koordinasiya mexanizmi yaradılacaq. Bu isə NATO-nu əvəz etmir, əksinə, ona əlavələr edir”, – deyə o bildirib.

Korsunski indiki halda Avropa ordusunun yaradılmasının Rusiya üçün sərfəli olduğunu deyib:

“Bir şeyə diqqət edin. Avropa ordusu ideyasını Putin dəstəklədi. Bu, təsadüfi deyil. ABŞ-sız Avropa zəifləyəcək, dağılacaq və Rusiya üçün asan şikara çevriləcək. Parçalanmış Qərb NATO-nun sonu olacaq ki, bu da Putinin hədəfidir. Əminəm ki, ABŞ və Avropa hətta fikir ayrılığı, ziddiyətlərə rəğmən müdafiə siyasəti, ümumi təhdidlərin müəyyənləşməsi məsələsində bir olaraq qalacaqlar”.

O, Avropanın hazırda böhran vəziyyətində olduğunu söyləyib.

Korsunskinin fikrincə, Ukrayna, Azərbaycan və Gürcüstanın güclənməsi AB-nin bölgə siyasətinə birbaşa təsir edəcək:

“Avropa indiki situasiyada böhrandadır və dünya problemlərinin həllində ikili rol oynayır. Bir tərəfdən Avropanın Rusiyaya qarşı sanksiyalar məsələsində bir olması, hələ də ümumi prinsiplər və əksər iqtisadi məsələlərdə həmrəylik nümayiş etdirməsi yaxşıdır. Digər tərəfdən Avropanın qaçqınlar problemi məsələsində birliyi yoxdur. Əksər ölkələrdə hakimiyyətə populisltlər, sağçılar gəliblər, ABŞ-la ticarət konfliktinin təsiri hiss olunur, rus qazının tədarükü məsələsində parçalanma təhdidi var. Avropa yenidən öz gələcəyi, genişlənmə və qonşuluq siyasəti barədə düşünməlidir. Mənim fikrimcə, Ukrayna, Cənubi Qafqaz ölkələri, xüsusilə də Gürcüstan və Azərbaycan təkcə öz dövlətçiliyini gücləndirməməli, həm də kollektiv əməkdaşlığın aktivləşdirilməsi yollarını axtarmalıdırlar. Bizim problemlərimizin kiminsə bizim yerimizə həll edəcəyi illuziyalarından imtina etmək lazımdır. Gəlin, Xəzər dənizinin enerji daşıyıcılarını Avropaya, eləcə də Ukraynaya tədarükü, “Bir qurşaq – bir yol” layihəsinə iştirak imkanları axtaraq. Əminəm ki, güclü Ukrayna, Azərbaycan və Gürcüstan Brüsselin indiki siyasətçilərinin təxmin etdiklərindən Avropaya daha yaxın olacaqlar”.

Qeyd edək ki, bundan öncə Fransa Prezidenti Emmanuel Makron Avropanın öz ordusunu yaratmalı olduğunu, eləcə də ABŞ-a təhlükəsizlik məsələsində güvənməməli olduğunu bəyan edib.

ABŞ Prezidenti Donald Tramp da məsələyə münasibət bildirib. Tramp AB ordusunu yaratmadan öncə NATO qarşısındakı maliyyə öhdəliklərini yerinə yetirməyə çağırıb. Rusiya Prezidenti Vladimir Putin isə indiki vəziyyətdə çoxqütblü dünya üçün AB ordusunun yaradılmasının müsbət hal olduğunu deyib.

Tarix
2018.11.12 / 14:41
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident

Rusiya-Ukrayna savaşı necə başa çatacaq? - Əliyev

Ermənistanda çoxlu dağ var, başqasını seçsinlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

İlham Əliyev forumda iştirak etdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla