Yuxarı

Tiflisdə iqtidar “feyk bot” provokasiyasına başladı - Şaşkin

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Zurabişvilinin söylədikləri sadəcə sayıqlamadır.

Bu sözləri Axar.az-a açıqlamasında Gürcüstanın Vahid Milli Hərəkat Partiyasından olan eks-deputat Ramin Bayramov deyib. Bayramov Zurabişvilinin bəyanatlarının reallığı əks etdirmədiyini deyib:

“Bu, sadəcə, planlaşdırılmış siyasi texnoloji oyundur. Onlar göstərməyə çalışırlar ki, guya Vahid Milli Hərəkat özlərinin hər zaman şişirtdiyi kimi “zülmlərə” başlayır. Əgər belə səs yazısı varsa, o zaman hüquq-mühafizə orqanları niyə bununla məşğul olmurlar? Bugünkü xüsusi xidmət orqanları strukturu kifayət qədər güclüdür. Hətta 2008-ci ildə belə onlar təkcə səs yazmaq yox, hətta informatorları tapmaq, rusiyalı generalların yerini müəyyən etmək imkanına sahib idilər. Bugünkü xüsusi xidmət orqanları indiki situasiyada bu şəxslərin yerini tapmaqda çətinlik çəkirlər?”

Gürcüstanın keçmiş müdafiə naziri və hazırda Vahid Milli Hərəkat Partiyasının nüfuzlu üzvlərindən olan Dmitri Şaşkin isə saytımıza açıqlamasında əslində baş verən prosesin Gürcü Arzusu Partiyasıyla bağlı olduğunu deyib. Onun sözlərinə görə, hökumətin nümayəndələri sosial şəbəkələrdə “feyk bot”lar yaradaraq, bunun vasitəsilə Zurabişviliyə təhdid dolu mesajlar göndərirlər:

“Bizə məlumdur ki, bir neçə keçmiş yüksək vəzifəli hərbçi bəyanat yayaraq, bu seçkidə Zurabişviliyə səs verməyəcəklərini, onun vətən xaini olduğunu və onun ifadələri əsasında Rusiyanın Haaqada Gürcüstanı mühakimə etməyə və 2008-ci il müharibəsini başlatmaqda ittiham etməyə çalışdığını bildiriblər. Bu bəyanatlardan sonra Gürcü Arzusu tələsik şəkildə “feyk bot”lar yaratmağa başladı. Onların eyni İP ünvanda yerləşdiyi artıq müəyyən olunub və təsdiqlənib. Bu “feyk bot”lar “botlar fabriki” adlanan ünvanda yerləşirlər, hansı ki, onları Gürcü Arzusunun iki ideoloqu - Ramişvili və Naçibişvili idarə edir. Bu İP ünvanlar vasitəsilə “feyk bot”lar yaradılır və buradan müəyyən mesajlar Salome Zurabişviliyə göndərilir. Bu, sovet məktəbinin ən yaxşı provokasiya ənənələrindən biridir. Təbii ki, Salome Zurabişvilinin ittihamlarının reallıqla heç bir əlaqəsi yoxdur.

Gürcü Arzusu başa düşür ki, seçkini uduzub. 60%-dən çox seçici Gürcü Arzusu və onun namizədinə birinci turda “yox” dedi. Ona görə də təəssüflər olsun ki, bu cür provokasiyalar davam edəcək, amma xalq sakitliyini qorumalı və 28 oktyabrda başladığımız qələbəni sona çatdırmalıyıq”.

Qeyd edək ki, hakim Gürcü Arzusunun dəstəklədiyi prezidentliyə namizəd Salome Zurabişvili ona qarşı övladları ilə hədə-qorxu gəlindiyini bildirib. O, təhdid edənlərin Vahid Milli Hərəkat Partiyasının üzvləri olduğunu iddia edib.

Tarix
2018.11.12 / 15:59
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Pənahov Maldivə getdi: Seçkiləri müşahidə edəcək

ABŞ buna görə Bakını təbrik etməli idi... - Deputat

Deputatdan tələb: Ləyaqəti varsa, Prezidentdən üzr istəsin!

Sülhməramlılar çıxır, Rusiyanı ləkələmək istəyəcəklər

Ermənilər üçün canını verməyən 1960 rus döyüşə getdi

Bakı təcrübəsi: Daha bir ölkə fransız diplomatları qovdu

Paşinyan sərhədimizi pozmasın deyə, görün, nə etdi - Video

Rus sülhməramlılar çıxdı, ABŞ və Rusiya ittihama başladı

İran rejimi xalqın həyatını belə təhlükəyə atır - Günəş

İran səfirinin məqsədi sülhü əngəlləməkdir - Məmmədov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla