Yuxarı

Rusiya İrəvana növbəti zərbəyə hazırlaşır - Zülfüqarov

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

İrəvanın KTMT-dəki məğlubiyyəti Ermənistanın Rusiya ilə münasibətlərinin səviyyəsini göstərən faktlardan sadəcə biridir.

Bu sözləri Axar.az-a açıqlamasında Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov deyib. Sabiq nazir bildirib ki, bunu bir növ Paşinyanın qərbyönlü siyasətinin nəticəsi də adlandırmaq olar:

“Ümumiyyətlə, bir daha təkrarlayım ki, Rusiya getdikcə Ermənistandan tamamilə uzaqlaşacaq. Bu, təbii ki, geosiyasi səbəblərdən qaynaqlanır. Bu yöndə ilk addım demək olar ki, atıldı, növbəti addımların ardı isə qarşıdakı dönəmlərdə gələcək. Bundan sonrakı addımlar müxtəlif ola bilər. Hesab edirəm ki, Rusiya Ermənistanı beynəlxalq təşkilatlarda müdafiə etmək siyasətindən uzaqlaşacaq, İrəvana verilən kreditlərdə ləngimələr olacaq. Bundan başqa, Rusiyada və Ermənistanın daxilində iki dövlət arasındakı “dostluğa” aid tənqidi fikirlər daha da güclənəcək. Bütün bunlarla yanaşı, proseslərin aqitasiya və təbliğat hissəsində də mövqelərin dəyişməsinin şahidi olacağıq”.

Azərbaycanın KTMT-də müşahidə statusuna gəlincə, sabiq nazir bunun Ermənistanla bu və ya digər rəqabət formasında olmayacağını bildirib:

“Düzdür, hələlik mənzərə tam aydın deyil. Ancaq hesab edirəm ki, Azərbaycanın KTMT-də bu və ya digər addımı hansısa şərtlər daxilində olmalıdır. Məhz bunun nəticəsində də konkret uduşlarımızı və ya mövqeyimizi zəiflədən amilləri nəzərə ala biləcəyik”.

Tarix
2018.11.12 / 16:56
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

İlham Əliyev forumda iştirak etdi - Video

BƏM-də iclas: Azərbaycan Ermənistana qarşı…

İlham Əliyev Japarovun şərəfinə dövlət ziyafəti verdi

Ermənistan səfirliyinin əsassız ittihamlarına cavab

Bu, qardaşlığımızın rəmzinə çevriləcək - Prezident

Ermənilərin dünən etdiyini unutmayacağıq…

İlham Əliyev İraq prezidentinə dəvət göndərdi

Prezidentlər Aytmatovun abidəsinin açılışında... - Foto

Ölkədə kommersiya mübahisələri ilə bağlı qərar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla