Yuxarı

Səfirimiz xanım prezidentlə görüşdü - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikasının iqamətgahı Brazilia şəhərində olan Trinidad və Tobaqo Respublikasındakı səfiri Elxan Poluxov bu ölkənin parlamentinin Senatorlar Palatasının prezidenti xanım Kristin Kanqalo ilə görüşüb.

Azərbaycanın Braziliyadakı səfirliyindən Axar.az-a bildiriblər ki, görüşdə səfir Azərbaycan haqqında ətraflı məlumat verib, ölkələrimiz arasında əməkdaşlıq üçün mövcud potensialdan söhbət açıb. Diplomat, həmçinin müasir dövrdə parlament diplomatiyasının əhəmiyyətindən danışıb, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə məlumat verib.

Xanım Kristin Kanqalo ölkələrimiz arasında münasibətlərin genişləndirilməsinin əhəmiyyətindən danışıb.

Tərəflər gələcəkdə hər iki ölkənin qanunverici orqanları arasında əlaqələrin yaradılması və möhkəmləndirilməsinə dair aparılan işlərin intensivləşdirilməsinin vacibliyini vurğulayıb, bu istiqamətdə səylərin artırılması barədə razılığa gəliblər.

Elxan Poluxov Trinidad və Tobaqo Respublikası parlamentinin Senatında xatirə kitabını imzalayıb.

Tarix
2018.11.12 / 21:33
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyev güclü liderdir, sözünün ağasıdır - Solonnikov

Nikol "bu həftə müharibə olacaq" dedi - Rusiyadan reaksiya

Paşinyan Stoltenberqlə görüşdü

Bakı-Tiflis əməkdaşlığı yeni sahələri əhatə edəcək

İrəvandan anklavlarla bağlı açıqlama: Sərhəd boyu...

Güneylilər Cenevrədə aksiya keçirdi

Cənubi Qafqazda “bir dövlət” silinə bilər - Tarasov

Qərb İrəvanda buna imkan verməyəcək – Ekspert

Nikol Tavuşda izah etdi: Bakı 4 kəndi istəyir, biz isə...

Stoltenberqin Bakı səfərinə Rusiyadan baxış

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla