Yuxarı

Baş diplomatımızla bağlı ilginc məlumat: Şuşada... - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərindəki (BƏƏ) səfiri Daşqın Şikarov Xarici İşlər naziri Elmar Məmmədyarovla bağlı maraqlı məlumat paylaşıb.

Axar.az Teleqraf.com-a istinadla xəbər verir ki, diplomatın sosial şəbəkədə paylaşdığı foto və məlumat izləyicilər tərəfindən maraqla qarşılanıb.

Daşqın Şikarov paylaşdığı fotonun üzərində qeyd edib:

“Şuşa 1992-ci il, yanvar. Elmar Məmmədyarov, Yaşar Əliyev, Murad Heydərov.

1992-ci ildə Xarici İşlər Nazirliyinin protokol şöbəsinin müdiri vəzifəsində işləyən Elmar Məmmədyarov ATƏT-in nümayəndə heyəti ilə mütəmadi olaraq ataşə tutulan, mühasirədə olan Şuşa səhərinə helikopterlə səfər edib. Səfər zamanı nümayəndə heyəti Şuşanın düşdüyü son dərəcə çətin durumu, blokada şəraitində yaşayan və hər an ölüm təhlükəsi ilə üz-üzə gələn mülki əhalinin acı vəziyyətinin şahidi olub.

Elmar Məmmədyarov ATƏT-in nümayəndə heyətinə Dağlıq Qarabağın durumu, mülki əhaliyə qarşı aparılan etnik təmizləmə siyasəti, ermənilərin məkrli planları haqqında məlumat verərək, ATƏT təmsilçilərini bu həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasına səsləyib.

Şuşanın, Laçının mühasirədə olduğu vaxtlarda Elmar Məmmədyarov dəfələrlə müxtəlif beynəlxalq təşkilatların nümayəndə heyətlərinin mühasirədə olan rayonlarımıza səfərlərini təşkil edib, erməni hərbi birləşmələrinin mülki əhaliyə divan tutmasını xarici müşahidəçilərin gözü ilə bütün dünyaya nümayiş etdirib”.

Daşqın Şikarov qeyd edib ki, Elmar Məmmədyarov ingilis və rus dilini mükəmməl bilməklə yanaşı, eyni zamanda güclü analiz qabiliyyətinə malik peşəkar, vətənpərvər və uzaqgörən diplomatdır:

“Azərbaycan müstəqillik əldə etdikdən 20 il sonra BMT kimi nüfüzlu təşkilatın Təhlükəsizlik Şurasının qeyri daimi üzvi seçilib. Gənc müstəqil dövlət üçün bu çox ciddi və böyük uğurdur. Bu qələbədə şübhəsiz ki, xarici işlər naziri kimi Elmar Məmmədyarovun böyük xidmətləri var”.

Səfir qeyd edib ki, Elmar Məmmədyarov erməni hərbi birləşmələrinin ölkəmizə təcavüzü faktı ilə bağlı həqiqəti dünya birliyinə çatdırmaq üçün 26 il bundan əvvəl Şuşanın mühasirədə olduğu çətin və təhlükəli bir dövrdə heç nədən şəkinmədən ATƏT müşahidəçiləri ilə Şuşaya səfər etmiş əsl vətənpərvərlik nümunəsi göstərib.

Qeyd edək ki, fotodakı digər iki şəxs Şuşa şəhər İcraiyyə Komitəsinin rəhbəri Vaqif Hüseynov (ortada) və aqrar şöbənin müdiri Mirzə Bayramovdur.

Tarix
2018.11.12 / 23:04
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Cənubi Qafqazda “bir dövlət” silinə bilər - Tarasov

Qərb İrəvanda buna imkan verməyəcək – Ekspert

Nikol Tavuşda izah etdi: Bakı 4 kəndi istəyir, biz isə...

Stoltenberqin Bakı səfərinə Rusiyadan baxış

Bakı və İrəvan üçün sülh çox vacibdir - Video

Azərbaycan çox əhəmiyyətli ölkədir - Stoltenberq

Bu gün İlaxır çərşənbə qeyd olunur

Hikmət Hacıyev Çin rəsmiləri ilə görüşdü

Azərbaycan-İraq əlaqələri müzakirə olundu

Əliyev niyə Putinə təbrik zəngi etdi? – “Unudanların” diqqətinə

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla