Yuxarı

Qərbdən işğalçıya dəstək: Qarabağda SES tikilərsə...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Separatizmə qarşı mübarizənin zəruriliyindən dəm vuran Avropa nəinki ikili standartları davam etdirir, üstəlik, təcavüzkar Ermənistanı şirnikləndirən addımlarından geri qalmır.

Bunu Axar.az-a açıqlamasında sabiq dövlət müşaviri Qabil Hüseynli deyib. Politoloq bildirib ki, avropalı investorların Azərbaycanın işğal altında olan ərazisində yeni SES tikilməsinə maliyyə ayırması birbaşa işğalçılıq siyasətinin möhkəmlənməsinə xidmət edir:

“Bu kimi addımlar işğalçının Azərbaycan ərazisində iqtisadi cəhətdən möhkəmlənməsinə, hətta kənardan gələn ermənilərin belə Dağlıq Qarabağda məskunlaşmasına şərait yaradır. Bu gün Ağdərədə SES tikən sabah başqa bir istehsal sahəsini işə salacaq ki, nəticədə ermənilərin iş və məşğulluq problemi, maddi rifah halı yüksələcək. Qərb təcavüzkar Ermənistanı dəstəkləməyə son verməsə, Dağlıq Qarabağ probleminin həlli yolunda çox ciddi əngəllər yarana bilər. Qondarma rejimin iqtisadiyyatını dirçəltməyə yönəlik addımlar danışıqlar prosesinə ciddi zərbədir”.

Politoloq qeyd edib ki, son zamanlar Paşinyanın da məhz bu ruhda danışması və Dağlıq Qarabağla bağlı sərsəmləmələri müxtəlif xristian ölkələrinin ermənilərə açıq siyasi dəstəyindən xəbər verir:

“Sərsəng su anbarı yaxınlığında tikiləcək yeni SES ABŞ və Avropadakı Erməni Milli Konqresinin layihəsi də ola bilər. İstənilən halda bu addım qəbuledilməzdir. Əgər sülhyaratma prosesində iştirak edən həmsədr dövlətlərdən birinin və yaxud da digər Avropa ölkəsinin ölkəmizə qarşı belə mənfi donda çıxış etməsi aşkarlanarsa, bu, danışıqların gələcəyini ciddi təhlükə altında qoyacaq”.

Tarix
2018.11.14 / 16:07
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

İrəvan Fransanın oyunlarına getməməlidir! - İcma

Paşinyan separatçıları hədələdi: Bir hakimiyyət var!

Bu, Fransanı ciddi narahat edir - Nağıyev

Fransa İrəvanı yeni müharibəyə təhrik edir - DTX rəisi

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - General

Azərbaycandan çox şey götürdük, verməyəcəyimizi dedik...

XİN-dən Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım

PA rəsmisindən Rasmussen paylaşımı: Pullar danışır!

Paşinyan orduya geri çəkilmək əmrini apreldə verəcək?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla