Yuxarı

Gömrük Komitəsi Dirçəliş Gününü qeyd etdi - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Noyabrın 16-da Dövlət Gömrük Komitəsinin Akademiyasında (DGKA) Milli Dirçəliş Gününə həsr olunmuş tədbir keçirilib. Tədbirdə öncə Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib və oxunub.

Dövlət Gömrük Komitəsinin Akademiyasının ictimaiyyətlə əlaqələr şöbəsindən Axar.az-a bildirilib ki, akademiyanın rəisi, hüquq üzrə fəlsəfə doktoru Qulu Novruzov Azərbaycan xalqının tarixində əlamətdar günlərdən olan Milli Dirçəliş Gününün xalqımızın və dövlətimizin taleyində mühüm yer tutan hadisələrdən biri olduğunu deyib. Qeyd edib ki, SSRİ-nin dağılması ilə dünyanın böyük bir imperiyasının süqutu, yeni müstəqil dövlətlərin yaranması, ümumiyyətlə, dünyada olan beynəlxalq münasibətlər sistemində dünya nizamının köklü surətdə dəyişilməsi baş verib. Sovet dövründə bolşevik-kommunist partiyasının geniş ideoloji təbliğatının aparıldığını diqqətə çatdıraraq, bu təbliğatın altında təkcə Azərbaycan xalqının deyil, bütövlükdə imperiyanın bütün respublikalarında olan xalqların həyatında qara iz buraxan, taleyüklü, çox bədbin niyyətlərlə müşayiət olunan bir siyasətin də yürüdüldüyünü vurğulayıb, O, bildirib ki, bu siyasət nəticəsində Azərbaycanın tarixi əzəli torpaqları müxtəlif bəhanələr altında Ermənistana verilirdi. "1940-ci illərin sonunda və 1950-ci illərin əvvəlində azərbaycanlılar kütləvi şəkildə daim yaşadığı öz dədə-baba, tarixi torpaqlarından köçürüldü. Bu, hələ çar Rusiyası dövründən başlanan yarıtmaz milli siyasətin, Azərbaycan xalqına qarşı olan mənfur niyyətlərin nəticəsi idi", – deyə akademiyanın rəisi qeyd edib.

17 noyabr tarixinin əhəmiyyətindən bəhs edən Qulu Novruzov diqqətə çatdırıb ki, bu tarix onilliklər boyu haqqı tapdanan xalqın oyanış günü idi. O, qeyd edib ki, bu müstəvidə Azərbaycana qarşı aparılan siyasi ideologiya artıq açıq müstəviyə keçdi, bununla da, Azərbaycan xalqının haqlı etirazlarına səbəb oldu. Sovet qoşunlarının çox ciddi müdaxiləsi ilə etiraz aksiyaları dağıdıldı. Milli düşüncədəki oyanışın öz bəhrəsini verdiyini və SSRİ-nin dağılmasını sürətləndirən bir fakt kimi ortaya çıxdığını nəzərə çatdıran natiq bildirib ki, bu, Sovet hökumətinin süqutuna rəvac verən bir amilə çevrildi. Qulu Novruzov 1990-cı il noyabrın 17-də ümummilli lider Heydər Əliyevin Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri olarkən, Ali Məclisdə üçrəngli Azərbaycan bayrağını rəsmi dövlət rəmzi elan etdiyini, həmin iclasda Ali Məclis tərəfindən Azərbaycan SSR Ali Sovetinə üçrəngli bayrağın Azərbaycan Respublikasının bayrağı kimi qəbul edilməsinin tövsiyə olunduğunu xatırladıb.

Bu il 1988-ci il hadisələrindən 30 il keçdiyini qeyd edən Qulu Novruzov bu müddət ərzində xalqımızın təlatümlü tarix keçdiyini, azadlıq, müstəqillik və torpaqlarımızın uğrunda şəhidlər verdiyini deyib.

Ümummilli lider Heydər Əliyevin sayəsində ölkədə siyasi sabitlik və iqtisadi inkişafa nail olunduğunu diqqətə çatdıran Qulu Novruzov bu siyasi kursun Prezident İlham Əliyev tərəfindən hazırda uğurla davam etdirildiyini bildirib.

Akademiyanın rəis müavini, professor Ramiz Hümbətovun "Xalqımızın ermənilərin işğalçılıq siyasətinə etiraz hərəkatı 1988-ci il 17 noyabr tarixindən başlanıb" adlı məruzəsi dinlənilib.

Sonra akademiyanın "Hüquqşünaslıq" ixtisasının 3-cü kurs tələbələri İmamverdi Novruzlu "Azadlıq hərəkatının səbəbləri" və Həsən Həsənzadə "Milli azadlıq fonunda dirçəliş meyilləri və onun nəticələri" mövzusunda təqdimatlarla çıxış ediblər.

Tədbirin sonunda Milli Dirçəliş Gününə həsr olunmuş videoçarx nümayiş olunub.

Tarix
2018.11.16 / 19:07
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Ermənistan istisna olmaqla... - İlham Əliyev

ATƏT tədbiri: Bakı və İrəvan nümayəndələri mübahisə etdi

İlham Əliyev forumda iştirak edir - Canlı

Rubenin pulu Dinanın gözünü tutdu: Generallara sanksiya...

Paşinyan artıq bunu başa düşür - Ərdoğan

Ermənistan ordusu Qazaxın kəndlərindən çəkildi

Yeni sübutlar var: ermənilər tələlər quraşdırıb

Bakı yenidən özünün olanı geri qaytarır - Solonnikov

Türk dövləti saydığımız İran bu yoldan çəkilməlidir

Bayramov çexiyalı həmkarı ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla