Yuxarı

Bu, birbaşa Prezidentin diqqətindədir - Millət vəkili

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu qərar Azərbaycan dövlətinin torpaq uğrunda şəhid olan insanların ailələrinə qayğısının göstəricisidir.

Bu sözləri Axar.az-a Prezident İlham Əliyevin 2018-ci il 19 aprel tarixli Fərmanına uyğun olaraq ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların vərəsələrinə 11.000 manat birdəfəlik ödəmənin verilməsi haqda danışan millət vəkili Aydın Mirzəzadə deyib. Millət vəkili qeyd edib ki, noyabrın 14-dən birdəfəlik ödəmənin verilməsi məsələsi prinsipial şəkildə qoyulub:

“Baxmayaraq bu qərar çoxdan qəbul edilmişdi, ancaq Azərbaycan dövləti bu gün də hüququ çatan hər bir şəxsin göstərilən müavinətlə təmin edilməsini qarşıya qoyub. Şübhəsiz ki, bu məsələdə açıqlıq və qanunauyğunluq əsas rol oynayır. Bu baxımdan ödəmə almağa hüququ çatan hər kəs sənədlərini təqdim edərək həmin müavinəti ala biləcək. İlkin mərhələdə artıq 200-dən insanın 11.000 manat birdəfəlik ödəmə ilə təmin edilməsi barədə qərar qəbul edilib. Növbəti qrupların da vaxtaşırı bu müavinətlə təmin edilməsi prosesi qanunvericiliyin tələblərinə ciddi riayət olunmaqla və şəffaflıq tam təmin edilməklə həyata keçiriləcək”.

Millət vəkili şəhid hərbi qulluqçuların vərəsələrinə müvafiq vəsaitlərin verilməsində hər hansı problemin olmayacağını bildirib:

“Düzdür, müəyyən ailələr var ki, onlar ya vaxtilə həmin məbləği almadığını bildirir, ya da onların sənədlərində uyğunsuzluqlar ortaya çıxır. Ancaq bütün bu məsələlər birbaşa Azərbaycan dövlətinin və ölkə rəhbərinin diqqətindədir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi hər bir ailənin müraciətini araşdırır. Ümumiyyətlə, hər hansı problemli məsələ olarsa, bu barədə də yekun qərarın verilməsi gözləniləndir”.

Tarix
2018.11.17 / 11:44
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident

Rusiya-Ukrayna savaşı necə başa çatacaq? - Əliyev

Ermənistanda çoxlu dağ var, başqasını seçsinlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

İlham Əliyev forumda iştirak etdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla