Yuxarı

Əliyevin İrəvanı susduran Belarusa səfəri... – Şərh

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikası 1993-cü ildən başlayaraq, dünya dövlətləri ilə, həmçinin, postsovet ölkələri ilə hərtərəfli əlaqələrin qurulmasını xarici siyasi və iqtisadi fəaliyyətinin ana xətti kimi müəyyənləşdirib.

Bu sözləri Axar.az-a açıqlamasında analitik Ehtiram Aşırlı deyib. O bildirib ki, ötən əsrin 80-ci ilərinin sonlarından başlayaraq Ermənistanın işğalçılıq siyasətinin nəticəsində həllini günümüzə qədər tapmayan münaqişəyə cəlb olunmuş Azərbaycan üçün xarici siyasi və iqtisadi əlaqələrin genişlənləndirilməsi xüsusi əhəmiyyət kəsb edir:

“Bu baxımdan, ümummilli lider Heydər Əliyevin birbaşa nəzarəti altında hazırlanmış Azərbaycan Respublikasının xarici siyasətinin prinsipləri içərisində dünya dövlətləri ilə konstruktiv, bərabərhüquqlu əməkdaşlıq münasibətlərinin qurulması məsələsi öz aktuallığını və əhəmiyyətini qoruyub saxlayır. Məhz belə prinsipə söykənərək xarici siyasi fəaliyyətin reallaşdırılmasına başlandıqdan sonra Azərbaycanı etibarlı tərəfdaş kimi qəbul edən dünya dövlətlərinin sayı dinamik olaraq artıb. Xüsusilə, Azərbaycan beynəlxalq əməkdaşlıqda iştirakı zamanı çoxvektorlu hədəflərə çatmağı diqqət mərkəzində saxlayır. Müvafiq olaraq, həmçinin, postsovet ölkələri ilə konstruktiv, qarşılıqlı-faydalı əməkdaşlıqda maraqlı olan və bu istiqamətdə bir çox hallarda təşəbbüskar rolunda çıxış edən Azərbaycan dövləti əməkdaşlığın siyasi-iqtisadi məsələlərdən tutmuş təhlükəsizlik məsələlərinədək, kompleks istiqamətlər üçün səmərəli olmasına çalışır”.

Politoloq bildirib ki, postsovet ölkələri arasında Belarus Respublikası ilə Azərbaycan Respublikası arasında əməkdaşlıq özünün xüsusi xarakteri, ən əsası isə, davamlı inkişafa meylli olması ilə seçilir:

“Prezident İlham Əliyev hər zaman Belarus-Azərbaycan əlaqələrinin və münasibətlərinin yüksək səviyyəsini xüsusi olaraq diqqətə çatdırıb. Ölkə Prezidenti səviyyəsində iki ölkə arasındakı münasibətlərin səviyyəsinin yüksək qiymətləndirilməsi obyektiv əsaslara söykənir. Həqiqətən Belarus və Azərbaycan demək olar ki, bütün sahələrdə - siyasi, iqtisadi, mədəni, enerji, hərbi - qarşılıqlı səmərəli əməkdaşlıq qura bilib. Tərəflər arasında əməkdaşlığın konstruktivliyini təmin edən mühüm məqamlardan biri də ondan ibarətdir ki, hər iki tərəf əməkdaşlığın yeni-yeni trendlərinin axtarışındadır. İstər ənənəvi, istərsə də yeni əməkdaşlıq sahələrində qarşılıqlı səmərəliliyə nail olmaq üçün tərəflər konstruktiv təşəbbüslərlə çıxış edir. Təbii ki, bu da Belarus-Azərbaycan münasibətlərində ümumilikdə pozitiv tendensiyanın saxlanılımasını şərtləndirir. Xüsusilə son zamanlar iki ölkə arasında hərbi sahədə əməkdaşlıq genişlənməkdədir. Belə ki, Belarusdan "Polonez" əməliyyat taktiki raket kompleksinin alınması iki ölkə arasındakı hərbi əlaqələrin yüksələn xətlə inkişaf etməsindən xəbər verir”.

Analitik qeyd edib ki, Azərbaycan və Belarus arasında prezidentlər səviyyəsində səfərlər əməkdaşlığın inkişaf etdirilməsi yönündə bir tendesiya halına çevrilib:

“Belarus-Azərbaycan əlaqələrinin səciyyəvi xarakterini şərtləndirən məqam da əlaqələrin dinamik inkişaf etdirilməsi məsələsinin prezidentlər səviyyəsində nəzarətdə saxlanılmasından ibarətdir. Bu səfər çərçivəsində iki ölkə arasında iqtisadi, ticari, mədəni, diplomatik, hərbi sahədə yeni razılaşmaların əldə edilməsi gözləniləndir. Ələlxüsus da iki ölkə arasında hərbi sahədə əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün yeni hərbi razılaşmaların əldə olunması ehtimalı yüksəkdir. Həmçinin cənab Prezident İlham Əliyevin Belarus səfərinin KTMT zirvəsindən sonra reallaşdırması da ayrı bir məna kəsb edir. Düşünürəm ki, dövlət başçımızın bu səfəri Astana zirvəsində Azərbaycanın maraqlarını müdafiə edən Lukaşenkoya dəstək mahiyyətindədir”.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 18-də Belarus Respublikasına rəsmi səfərə gedib.

Tarix
2018.11.19 / 15:07
Müəllif
Firuzə Vahidqızı
Şərhlər
Digər xəbərlər

Bakı və İrəvan sülhə yaxındır, ancaq… - Hacıyev

Akar ABŞ konqresmenləri ilə sülh prosesini müzakirə etdi

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla