Yuxarı

Rusiya ermənilərə qırıcı satmaq istəyir - Ekspert

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xəbər verildiyi kimi, Ermənistan müdafiə naziri əvəzi David Tonoyan bu yaxınlarda Rusiyadan Su-30 təyyarələrinin alınması ilə bağlı açıqlama verib.

D.Tonoyan yerli mətbuata müsahibəsində gündəmlərində olan İsveçin “JAS-39 Gripen” təyyarələrinin alınması məsələsinə toxunarkən başqa bir tərəfdaşlarından təklif aldıqlarını söyləyib. Tonoyan həmin təklifin məhz Su-30-larla bağlı olduğunu tam təsdiqləməyib.

Lakin bir sıra hərbi ekspertlər Ermənistanın bu qırıcılar almaq gücündə olmadığını sölyəyirlər. Hətta rəsmi İrəvanın buna ehtiyacı qalmadığını da deyənlər tapılıb.

Onu qeyd etmək lazımdır ki, bir Su-30 təyyarəsinin qiyməti 50 milyon ABŞ dollarıdır. Ermənilər isə döyüş təyyarələrinin olduqca güzəştli şərtlərlə onlara verilməsini arzulayırlar.

Musavat.com xəbər verir ki, hərbi ekspert Leonid Nersisyanın fikrincə, əgər saziş bağlansa, elə bunun Rusiyanın Ermənistana silah almaq üçün 2018-2002-ci illər üçün nəzərdə tutulan verdiyi 100 milyon dollarlıq kreditə aidiyyəti olmayacaq.

Digər erməni ekspert, keçmiş müdafiə naziri Artur Aqabekyan isə Ermənistanın hərbi aviasiyaya malik olmasının məqsədyönlülüynə şübhə ilə yanaşıb. Onun söylədiyinə görə, Ermənistanın şərtlərində hərbi aviasiyanın görəcəyi iş yoxdur.

A.Ağabekyana müdafiə nazirinin mətbuat katibi Artsrun Ovannisyan təpki göstərib. A.Ovannisyan keçmiş nazirin sözlərindən təəssüf etdiklərini bildirərək, “21-ci əsrin ordusunu quracaqlarını” deyib.

Qeyd olunur ki, hazırda Ermənistanın ərazisində Rusiyanın 102 saylı hərbi bazasından başqa Erebuni hava limanında hərbi təyyarələri yerləşir.

Bundan başqa iki ölkə arasında 2015-ci ildə imzalanan sazişə əsasən vahid hava hücumundan müdafiə sistemi qurulub.

Lakin həmin saziş Dağlıq Qarabağın ərazisinə şamil olunmur. Bu səbəbdən rusiyalı hərbi ekspert Pavel Felgenhauer Ermənistan üçün öz hərbi aviasiyaya malik olmasının vacibilyini bildirib.

Digər rusiyalı hərbi mütəxəssis Aleksandr Xramçixin də Ermənistan mediasına müsahibəsində Dağlıq Qarabağda silahlı münaqişənin qopması halında və əməliyyatların Ermənistan ərazisinə keçmədiyi təqdirdə Rusiya təyyarələrinin havaya qalxmayacağını sölyəyib. Buna görə də Xramçixin Ermənistana döyüş təyyarəsini almağı məsləhət görüb.

Buna rəğmən Xramçixin maliyyə məsələsinin də önəmli olduğunu vurğulaıyb. Çünki Rusiya hərbi aviasiya sənayesi hazırda öz ölkəsi və Qazaxıstan üçün təyyarələr istehsal etməklə məşğuldur. “Amma əgər siyasi qərar olsa Ermənistanın edəcəyi sifariş ilk növbədə gələ bilər”,- deyə Xramçixin qeyd edib.

Rusiya hərbi politoloqlar assosiasiyasının prezidenti Aleksandr Perenciyev Rusiyanın Ermənistanın hərbi qırıcı almasında maraqlı olduğunu ifadə edib. Onun söylədiyinə görə, KTMT-dəki üzvlük rəsmi İrəvana döyüş təyyarələrini olduqca sərfəli qiymətlərlə almağa imkan verəcək.

“Əlbəttə ki, biz Ermənistanın qırıcı təyaələr almasında maraqlıyıq, istənilən halda da bu döyüş maşınlarını satacağıq. Əgər Ermənistanın buna vəsaiti çatmırsa, o zaman onu hərbi lizinq çərçivəsində məsələ həll oluna bilər”, - deyə Perenciyev vurğulayıb.

Tarix
2018.11.19 / 18:28
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Təklif qəbul edildi: Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla