Yuxarı

Lukaşenkodan Azərbaycanla bağlı etiraf: Mümkün deyil

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

2019-cu ildə Belarus Bakıdan sonra ikinci Avropa Oyunlarını qəbul edir. Prezidentlə mən 2015-ci ildə belə miqyaslı tədbiri əla keçirməyin öhdəsindən gələn Azərbaycanın təcrübəsini ətraflı müzakirə etdik. Üstəlik deməliyəm ki, sizdən sonra bütün ölkələr belə oyunları qəbul etməyə qorxurlar. Çünki həmin səviyyə ilə rəqabət aparmaq, mən bunu səmimi deyirəm, qətiyyən mümkün deyil.

Axar.az xəbər verir ki, bu sözləri Minskdə Azərbaycan Prezidenti İlham Əliyevlə birgə mətbuat konfransında Belarus Prezidenti Aleksandr Lukaşenko deyib.

"Biz də bu səviyyəni aşağı salmamaq üçün ciddi fikirləşməliyik. Həm də fikirləşməliyik ki, bunu nəyin hesabına edə bilərik. Amma birmənalı olaraq sizə minnətdarıq ki, mütəxəssisləriniz, nazirləriniz bizə ciddi məsləhətlər verərək, bizi faktiki surətdə ikinci Avropa Oyunlarına hazırlayırlar. Həm də mən, ilk növbədə, bu beynəlxalq idman tədbirinə hazırlıqda köməyinə görə öz həmkarıma təşəkkür edirəm. Növbəti dəfə sizin hamınızı, məhz bu Avropa Oyunlarını izləməyi arzulayan Azərbaycan vətəndaşlarını Belarusa gəlməyə dəvət edirəm", - Lukaşenko qeyd edib.

Tarix
2018.11.20 / 01:26
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

5 gündür susan Makron barmaqlamağa başladı...

Japarov Bakıda: Mühüm iclas başladı

Prezidentlərin məhdud tərkibdə görüşü oldu

Sülhməramlıların ardınca bayraqları da götürüldü - Video

Bizi savaşa təhrik edirlər: onları Bakıya verək - Sukiasyan

Bakı İrəvanı ağıllandırır: simvolik günlərdən biri də silinir

Japarovun rəsmi qarşılanma mərasimi...

Misirdən Bakı və İrəvan razılşmasına reaksiya

DAK-ın qurultayı Albaniyada keçirilə bilər

Japarov Azərbaycana gəldi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla