Yuxarı

Ərdoğanla Putinin hədəfi: “taktiki”dən “strateji”yə?..

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə-Rusiya münasibətlərindəki son proseslərlə bağlı fərqli yanaşmalar mövcuddur. Kimiləri münasibətləri mütləq müttəfiqlik səviyyəsinə qaldırır, kimiləri isə iki ölkənin tarixi düşmən olduqlarını və fərqli hərbi blokları təmsil etdiklərini, buan görə də tezliklə bir-birlərindən uzaqlaşacaqlarını iddia edir.

Axar.az xəbər verir ki, bu sözləri Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin (QAFSAM) sədri Araz Aslanlı deyib. O bildirib ki, Türkiyə-Rusiya münasibətləri kifayət qədər mürəkkəb xarakterə malikdir:

“İki ölkə tarixdə uzun müharibələr etsələr də, ən kritik məqamlarda bir-birlərinə yaxınlaşdıqlarına dair ciddi nümunələr də mövcuddur. Hətta Soyuq müharibənin ən alovlu məqamlarında belə (xüsusilə də “Conson məktubu” hadisəsindən sonra) Türkiyə-SSRİ ilə yaxınlaşa bilmişdi. Son dövrlərdə hər iki ölkə Qərb ilə, xüsusilə də ABŞ ilə problemlər yaşasa da, Türkiyə ilə Rusiyanı yaxınlaşdıran sadəcə bu amil deyil. Bu dəfə iki ölkəni ortaq risklər və ortaq maraqlar yaxınlaşdırır. Təbii ki, maraq toqquşması olan sahələr də az deyil. Amma ikitərəfli münasibətlərdə maraqlı başqa bir məqam da var. Belə ki, Türkiyə-Rusiya münasibətlərindəki son prosesləri Türkiyə-Azərbaycan münasibətləri ilə qismən müqayisə etmək olar. Təbii ki, Türkiyə-Rusiya münasibətləri Azərbaycan-Türkiyə münasibətləriylə eyni xarakterə və imkanlara malik deyil, bu baxımdan müqayisəmiz də nisbidir”.

A.Aslanlının sözlərinə görə, Türkiyə Rusiya ilə münasibətləri dərinləşdirməyə çalışarkən Suriya böhranı fonunda bu iki ölkə arasında əvvəlcə anlaşmazlıqlar meydana çıxdı:

“Sonra isə iki ölkə münasibətləri qopmaq nöqtəsinə qədər gəldi. Amma çox keçmədən tərəflər dil tapdılar və münasibətləri dərinləşdirməyə başladılar. Türkiyə-Rusiya münasibətlərində turistlər və pomidorlar daha çox gündəmdə qalsa da, iki ölkə hərbi, siyasi, iqtisadi, xüsusilə də enerji (nüvə enerjisi və təbii qaz başda olmaqla) əməkdaşlıq edir. Bunlar göstərir ki, iki tərəfin münasibətlərə yanaşması taktikidən strateji xarakterə doğru dəyişir. Münasibətlərin tam strateji xarakter daşıması üçün isə mövcud xəttin daha uzun müddət davam etməsi lazımdır”.

Qeyd edək ki, ötən gün Rusiya Prezidenti Vladimir Putin İstanbulda “Türk axını” layihəsinin dəniz hissəsinin tikintisinin başa çatmasına həsr olunan tədbirdə iştirak etmək üçün Türkiyəyə gedib. Səfər çərçivəsində Ərdoğanla Putin 1,5 saat qapalı görüş keçiriblər.

Tarix
2018.11.20 / 08:00
Müəllif
Firuzə Vahidqızı
Şərhlər
Digər xəbərlər

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

Nikolun Qarabağ qərarından sonra Putin ona dedi ki… - Lavrov

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla