Yuxarı

Belarusdan MDB-yə nümunə: Bakıya görə...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Memorandumda da göstərildiyi kimi, Dağlıq Qarabağ məsələsinin həllində Belarus tərəfi kifayət qədər obyektivlik nümayiş etdirir.

Bu sözləri Axar.az-a açıqlamasında sabiq dövlət müşaviri Qabil Hüseynli deyib. O bildirib ki, Prezident İlham Əliyevin Lukaşenkoya Dağlıq Qarabağ münaqişəsinə olan münasibətinə görə təşəkkür etməsi təsadüfü deyildi:

“Beynəlxalq hüquq normaları əsasında məsələnin həll edilməsi elə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində problemin həlli deməkdir. Bu, demək olar ki, Belarusun Azərbaycana göstərdiyi ən böyük diqqət və siyasi dəstəkdir. Eyni zamanda, tipik obyektivlik nümunəsidir. Belarus MDB-də ilk dövlətdir ki, Azərbaycanın ərazi bütövlüyü məsələsinə bu səviyyədə obyektiv və qərəzsiz münasibət nümayişi ilə presedent yaratdı. Bu onu göstərir ki, Azərbaycanla Belarus arasındakı münasibətlər kifayət qədər yüksək inkişaf səviyyəsinə qədəm qoyub”.

Politoloq vurğulayıb ki, iki dövlət arasındakı münasibətin, İlham Əliyevin də dediyi kimi, təkcə MDB məkanında deyil, dünyada analoqu yoxdur:

“Bu münasibətlərin inkişaf tendensiyası da hər iki tərəfi qane edir. Yəni bütün ticarət, maşınqayırma sənayesi, kənd təsərrüfatı, hərbi sənaye kompleksinin inkişaf etdirilməsi və Belarusdan modern silahların alınması sahəsində iki ölkə arasında kifayət qədər ciddi əməkdaşlıqlar mövcuddur. Bu əlaqələrin gələcəkdə daha da inkişaf etdirilməsi nəzərdə tutulur. Məsələn, Belarus Azərbaycana “Polonez” və hava hücumundan müdafiə sistemlərinin yeni partiyasını yaxınlarda göndərəcək. İndiyə qədər isə Azərbaycana “Katyuşa” və “Smerç” tipli yaylım atəşi olan odsaçan silahlar və s. göndərib. Eyni zamanda, Azərbaycanda Gəncə Avtomobil Zavodunda MAZ markalı avtomobillərin yığılması və gələcəkdə istehsalını nəzərdə tutan layihələr həyata keçirir. Tərəflər arasında bir çox sahələrdə münasibətlər durmadan genişlənir”.

Tarix
2018.11.21 / 01:34
Müəllif
Firuzə Vahidqızı
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla