Yuxarı

Əliyev-Lukaşenko görüşü niyə çox çəkdi? – Açıqlama

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Belarus Respublikası ilə imzalanan birgə bəyanata Dağlıq Qarabağ münaqişəsi ilə bağlı maddənin əlavə olunması cənab Prezidentimizin uğurlu xarici siyasətinin bariz nümunəsidir. Həmçinin, Belarus-Azərbaycan əlaqələrinin dərinləşməsi Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində irəliləyişlərə nail olunması baxımından da təsirlidir.

Bu sözləri Axar.az-a açıqlamasında analitik Ehtiram Aşırlı deyib. O bildirib ki, Dağlıq Qarabağ münaqişəsinə münasibətdə Belarusun Azərbaycan qədər beynəlxalq hüquq normalarının yanında möhkəm qərarlaşdığı son görüşlərdə bir daha təsdiqləndi:

“Belarus ilə Azərbaycan arasında əməkdaşlıq özünün xüsusi xarakteri, ən əsası isə davamlı inkişafa meyilli olması ilə seçilir. Prezident İlham Əliyev hər zaman Belarus-Azərbaycan əlaqələrinin və münasibətlərinin yüksək səviyyəsini xüsusi olaraq diqqətə çatdırıb. Prezident səviyyəsində iki ölkə arasındakı münasibətlərin səviyyəsinin belə yüksək qiymətləndirilməsi obyektiv əsaslara söykənir. Həqiqətən Belarus və Azərbaycan Respublikaları demək olar ki, bütün sahələrdə - siyasi, iqtisadi, mədəni, enerji, hərbi - qarşılıqlı səmərəli əməkdaşlıq qura bilib. Tərəflər arasında əməkdaşlığın konstruktivliyini təmin edən mühüm məqamlardan biri də ondan ibarətdir ki, hər iki tərəf əməkdaşlığın yeni-yeni trendlərinin axtarışındadır. Bu baxımdan iki ölkə başçısı arasındakı görüşün protokolda nəzərdə tutulandan daha çox çəkməsinin səbəbi aydındır”.

Analitik vurğulayıb ki, Belarusla Azərbaycan arasındakı strateji xarakter alan əlaqələr Ermənistan tərəfində narahatlıqla qarşılanır:

“Paşinyan ötən gün mətbuat konfransı zamanı Azərbaycan-Belarus strateji əməkdaşlığından ciddi təşvişə düşdüyünü gizlətmədi. Həmçinin, Azərbaycan Prezidenti İlham Əliyevin bu ölkəyə səfəri çərçivəsində Belarusun dövlət başçısı Aleksandr Lukaşenko ilə bir çox sahələrdə, o cümlədən, hərbi-strateji sahədə eyni fikirləri bölüşməsi Paşinyanı təlaşlı bəyanat səsləndirməyə məcbur etdi. Belarusda imzalanmış ikitərəfli memorandum əsasında silah təchizatı məsələsinin də yer almasından narahat olan Paşinyan bildirdi ki, bu anlaşmalar KTMT üzvü olan Ermənistanın maraqlarına zərbədir. Digər tərəfdən, KTMT-nin üzvü olan bir ölkənin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bu cür ədalətli mövqeyi, münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini imzası ilə təsdiqləməsi Ermənistanın mövqeyinin necə sürətlə zəifləməsinin göstəricisidir. Digər tərəfdən, Rusiyanın nüfuzlu politoloqlarının ötən iki gündə verdikləri açıqlamalar da diqqətə alınmalıdır. Rus ekspertlər Azərbaycanın müharibəyə başlayacağı və bu müharibənin Dağlıq Qarabağ da daxil olmaqla, Azərbaycan sərhədlərindən kənara çıxmayacağı halda KTMT və Rusiyanın müdaxilə etməyəcəyini açıq şəkildə bildirdilər. Bu, Prezident İlham Əliyevin diplomatik cəbhədə atdığı addımların nəticəsidir”.

Qeyd edək ki, beynəlxalq müşahidəçilər İlham Əliyevlə Lukaşenkonun Minskdə təkbətək görüşünün protokolda nəzərdə tutulan 45 dəqiqə əvəzinə 2 saatdan artıq davam etməsinə xüsusi diqqət ayırıblar.

Tarix
2018.11.21 / 08:30
Müəllif
Firuzə Vahidqızı
Şərhlər
Digər xəbərlər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

İlham Əliyev forumda iştirak etdi - Video

BƏM-də iclas: Azərbaycan Ermənistana qarşı…

İlham Əliyev Japarovun şərəfinə dövlət ziyafəti verdi

Ermənistan səfirliyinin əsassız ittihamlarına cavab

Bu, qardaşlığımızın rəmzinə çevriləcək - Prezident

Ermənilərin dünən etdiyini unutmayacağıq…

İlham Əliyev İraq prezidentinə dəvət göndərdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla