Yuxarı

Minsk səfərinin İrəvan şoku: Nikol nəyin “əvəzini” çıxa bilər ki?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Belarus və Azərbaycan postsovet məkanında qarşılıqlı əməkdaşlıq və etimad baxımından çox yüksək bir nümunə nümayiş etdirdilər. Bu isə hər iki tərəfin qarşılıqlı iradə və niyyətindən irəli gəlir.

Bu sözləri Axar.az-a Prezident İlham Əliyevin Belarusa səfərinin yekun nəticəsini şərh edən politoloq Tofiq Abbasov deyib.

“Dövlət başçılarının təkbətək görüşünün 2 saatdan artıq davam etməsi ikitərəfli münasibətlərin mahiyyətinin yüksək səviyyəsini bir daha ortaya qoydu. Tərəflər bir-birinə güvənərək münasibətlərin səmərəliliyini artırmaq qərarı alıblar. Minsk görüşünün yekunu olaraq iki dövlət arasında memorandum imzalanıb ki, bu da xoş niyyətlərə söykənən bir sənəddir. Bu memorandum ən yaxın zamanlarda protokola çevriləcək və ondan irəli gələn bütün ideyalar öz həllini tapacaq. Təbii ki, söhbət ilk növbədə Belarusun dünya standartlarına cavab verən yüksək keyfiyyətli silah və hərbi texnikasının yeni partiyasının Azərbaycana gətirilməsindən gedir”, - T.Abbasov bildirib.

Politoloq qeyd edib ki, Bakı ilə Minsk arasında baş tutan bu uğurlu anlaşma naqolay siyasət yeridən Ermənistanın ürəyincə deyil:

“Təsadüfi deyil ki, Paşinyan başda olmaqla, rəsmi İrəvan artıq səs-küylü kampaniyaya başlayıb. Belə ki, İrəvan Minskin ünvanına hədələr yağdıraraq sözügedən anlaşmanın əvəzini çıxacağını bildirir. Ermənistan bu cür davranışlarla necə nataraz siyasət yürütdüyü bir daha ortaya qoyur. İrəvanın Minskdən nə istədiyi həqiqətən də anlaşılan deyil. Ermənistan özünə düşmən qazanmaqda davam edir. Bu isə İrəvan üçün yaxşı heç nə vəd etmir”.

Politoloq Azərbaycan-Belarus münasibətlərinin hər iki ölkə üçün mühüm perspektivlər vəd etdiyini deyib:

“Yaxın gələcəkdə münasibətlərin daha da irəliləməsi Bakı və Minskə dividentlər gətirəcək. Bu xoş ab-hava isə özlüyündə nəinki sözügedən dövlətlərə, eləcə də digər xalqlara sabitlik gətirəcək”.

Tarix
2018.11.21 / 08:00
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Bakıya “sanksiya siyahısı”na sevinən azərbaycanlılar…

Bu, sülhə doğru görünən addımdır - Almaniya

Nikolun partiyasından Zəngəzur dəhlizi açıqlaması…

Bakı və İrəvan arasında sülh müqaviləsi... - Rusiya XİN

Zelenski Bakıya dəvət edildi: Putin də gələcək?

Paşinyanın 4 kəndi geri qaytarmasının əsl səbəbi…

Rubenin pulu Dinanın gözünü tutdu: Generallara sanksiya...

Bayramov Çexiyada İrəvanla münasibətlərdən danışdı

İlham Əliyev forumda iştirak etdi - Video

Bu halda qapıları onların üzünə bağlı saxlamalıyıq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla