Yuxarı

Zori Balayanın Putinə məktubu aranı qızışdırdı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qarabağ müharibəsinin ideoloqlarından olan yazıçı və publisist Zori Balayanın Gülüstan müqaviləsinin 200 illiyi münasibəti ilə Rusiya prezidenti Vladimir Putinə göndərdiyi açıq məktub ermənilər tərəfindən qızğın sürətdə müzakirə olunur.

"Axar.az" Rusiyanın "Rosbalt.ru" saytına istinadən xəbər verir ki, məktubda Balayan bu müqaviləyə əsasən Dağlıq Qarabağın Rusiya imperiyasının tərkibinə keçdiyini xatırladır. "Reqnum" agentliyi yazır ki, "beləliklə yazıçı Qarabağın Rusiyanın problemi olduğunu təsdiqləyir".

Описание: http://content4.adfox.ru/transparent.gifBalayan məktubunda Leninqrad Universitetinin professoru Anatoli Sobçakın sözlərini də sitat gətirib: "Qorbaçovun, hətta deyərdim ki, hamımızın faciəsi ermənilərin məntiqi olaraq avtonom vilayətini öz ərazisinə birləşdirməsi istəyinin "Qarabağ problemi" adı altında qələmə verilməsidir".

Ermənistan Respublika Partiyasının deputatı M.Minasyan məktuba şərhində bildirir ki, Balayan Qarabağı Rusiyaya verməkdən danışmır. Sadəcə, o, tarixi gerçəkliyi təstiqləyir və bugün Arsax ətrafında mövcud olan vəziyyəti göstərməyə çalışır. Beləlikə nəzərə alsaq ki, rus hokumətinin Arsax xalqı qarşısında müəyyən vəzifə və səlahiyyətləri var, bu baxışın yaşam hüququ var.

"Qafqaz" institutunun eksperti Q.Mikaelyanın fikrincə isə Balayanın bu məktubu çoxdan öz dəyərini itirib və çətin ki, Putinə çatsın.

Tarix
2013.10.18 / 14:14
Müəllif
Nərminə Allahverdiyeva
Şərhlər
Digər xəbərlər

Rəsmi Ankaradan kəndlərimizin qaytarılmasına - Reaksiya

Ceyhun Bayramov İran səfiri ilə görüşdü

Yelena Kondratyuk Azərbaycana gəlir

Başkənd məsələsini həll etməyə çalışacağıq - Paşinyan

Paşinyan sevinir: Azərbaycan bunu təsdiqlədi

Ruslar gedir: çünki artıq cəbhə xəttimiz yox, sərhədimiz var

Müdafiə naziri tapşırıqlar verdi: Delimitasiya prosesi...

Nazirdən rus sülhməramlılarla bağlı göstəriş

Kəndlər qaytarıldı, general rəhbər heyəti topladı - Video

Kəndlər qaytarılandan sonra Paşinyan ilk dəfə danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla