Yuxarı

Vaşadze seçilərsə, Bakı ilə əlaqələr... - Şaşkin

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcü Arzusu hökumətinin kredit borclarıyla bağlı qərarına əhali inanmayacaq.

Bu sözləri Axar.az-a açıqlamasında Gürcüstanın keçmiş müdafiə naziri, Vahid Milli Hərəkat Partiyasının liderlərindən olan Dmitri Şaşkin deyib.

“Bu qərarla bağlı iki məqam var: Birincisi, bu, seçkidə iştirak edəcək əhalinin satın alınması üçün göstərilən primitiv cəhddir. İkincisi, buna heç kim inanmır. Sizə xatırlatmaq istəyirəm ki, bu vədi Gürcüstana özlərinin “pulsuz pullar” adlandırdıqları faizsiz kreditləri vəd edən şəxslər verirlər. Onlar tariflərin, benzinin qiymətinin iki dəfə endirilməsinə, 100-ə yaxın zavodun tikilməsinə söz vermişdilər. Əvəzində isə heç bir iş görülmədi, ona görə də bu şəxslərə etibar səviyyəsi sıfra bərabərdir. Onların planı bu dəfə işləməyəcək, insanlar onlara sadəcə inanmırlar”, – deyə o bildirib.

Şaşkin açıqlaması zamanı seçkidən sonra Gürcüstanın götürəcəyi xarici siyasət kursuna da diqqət yetirib. Azərbaycanla hazırkı dövrdə olan münasibətlərə zərər vurulduğunu deyən Şaşkin onun ən azı Saakaşvili dövründəki səviyyəyə qaldırılması gərəkdiyini vurğulayıb:

“28 noyabrda Gürcüstan Azərbaycanla mehriban qonşuluq əlaqələrinin sadə bir şey olmadığını düşünən prezident seçəcək. Bizim üçün Azərbaycan və Türkiyə strateji tərəfdaşdır. Bu münasibətlər Gürcüstan üçün həyati əhəmiyyət daşıyır. Bizə sadəcə kağız üzərində, bəyanatlarda olan mehriban qonşuluq əlaqələri yox, real əməkdaşlıq lazımdır. Çox təəssüf ki, bu hökumət altı il ərzində münasibətlərə çoxlu zərər vurub. Məncə, 28 noyabrda Qriqol Vaşadze prezident seçilsə, o, hər şeyi edəcək ki, Azərbaycanla Gürcüstan arasında münasibətlər Mixail Saakaşvili dövründə olan səviyyəyə qalxsın və daha da dərinləşsin”.

Qeyd edək ki, Gürcüstan hökuməti 600 min nəfər insanın kredit borclarının bağlanılması məsələsini gündəmə gətirib. Belə ki, bu insanların borclarını milyarder Bidzina İvanişvilinin Kartu Fondu öz üzərinə götürüb.

İvanişvilinin addımı müxalifət tərəfindən xoş qarşılanmayıb. Bir sıra ekspertlər və müxalifət İvanişvilinin bu addımını seçkiyə təsir, əhalinin səslərinin satın almaq kimi dəyərləndirib. Bəzi iqtisadçılar isə bu qərarın iqtisadiyyata mənfi təsir edəcəyini bildirib.

Tarix
2018.11.21 / 15:19
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

İlham Əliyevin demədikləri...

Quterreşdən Bakı və İrəvana: sərhədin qalan hissələri...

Blinkendən kəndlərimizin qaytarılmasına reaksiya

Razılaşmada mühüm detal: Bakının strateji həmləsi...

İran 365 raket-dron atdı: niyə heç bir zərər olmadı?

İlham Əliyev daha bir tarix yazdı – Türk general

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla