Yuxarı

Bakı-Ankara-Tiflis birgə təlimlərinin hədəfi - Şərh

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cənubi Qafqaz çox həssas regiondur və burada çoxlu destruktiv qüvvələr fəaliyyət göstərir.

Bu sözləri Axar.az-a Azərbaycan, Türkiyə və Gürcüstan üçtərəfli hərbi təlimləri haqda danışan politoloq İlqar Vəlizadə deyib. Ekspert bildirib ki, hərbi təlimlər regiondakı təhlükələrin qarşısını almaq məqsədi daşıyır:

“Azərbaycan, Türkiyə və Gürcüstan arasında müxtəlif sahələrdə vahid infrastrukturlar qurulub və bu illər ərzində mühüm qaz və neft boru kəmərləri inşa edilib. Cənubi Qaz Dəhlizi layihəsi həyata keçirilir, eyni zamanda üç ölkə arasında dəmir yolu inşa olunub və hazırda istismardadır. Digər tərəfdən, vahid elektrik enerji ötürücüləri də çox mühüm infrastrukturlardır və onlara külli miqdarda vəsait qoyulub. Bu layihələrdə maraqlı olan tərəflər kifayət qədər çoxdur və onların sayı durmadan artır. Xüsusilə də Türkiyə ilə sərhəd olan dövlətlər, Mərkəzi Asiya ölkələri, hətta İran regiondakı dəmir yolu xəttinə qoşulmaq niyyətindədir. İqtisadi və siyasi əhəmiyyəti olduqca böyük olan bu layihələrin müdafiəsi hazırda ən aktual məsələlərdəndir. Çünki Cənubi Qafqaz çox həssas regiondur və burada çoxlu destruktiv qüvvələr fəaliyyət göstərir. Üstəlik, ermənilər də çox fəaldırlar. Ermənistan rəsmiləri dəfələrlə müharibə başlayacağı təqdirdə regiondakı infrastruktur layihələrinə zərər yetiriləcəyini bildiriblər. Bu hədələr birbaşa Gürcüstan, Türkiyə və Azərbaycanın milli mənafelərinə toxunur. Hər üç ölkə bu risklərə vaxtında cavab vermək üçün konkret səylər göstərməlidir. Bu konkret səylər isə Azərbaycan, Türkiyə və Gürcüstanın birgə hərbi təlimlərinin keçirilməsindən ibarətdir”.

Qeyd edək ki, Müdafiə naziri general-polkovnik Zakir Həsənov bu gün Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Yaşar Gülər və Gürcüstan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-mayor Vladimer Çaçibaia ilə görüşüb. Azərbaycan, Türkiyə və Gürcüstan aktiv şəkildə birgə hərbi təlimlər keçirməyi qərara alıblar.

Tarix
2018.11.21 / 17:03
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Siyartonun Azərbaycana rəsmi səfəri başladı

Əliyev ilk dəfə açıqladı: 10 noyabrda İrəvan israr etdi, dedim ki…

Xəbərdar edirəm: İlk güllə atılsa, qaçacaqlar - Prezident

Yadımdadır, bir dəfə Serjikə sual verdilər, dedi ki… - Əliyev

Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident

Rusiya-Ukrayna savaşı necə başa çatacaq? - Əliyev

Ermənistanda çoxlu dağ var, başqasını seçsinlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla