Yuxarı

İqtidar deputatı: “Birpartiyalı parlament təhlükəsi var”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Proporsional seçki sisteminin bərpası Konstitusiya dəyişikliyinin mövzusudur".

"Axar.az" xəbər verir ki, bunu millət vəkili Musa Quliyev dilə gətirib.

O, bildirib ki, konstitusiya dəyişikliyi hazırda gündəmdə olmadığına görə bu məsələnin aktuallığı barədə fikir söyləmək, düşünürəm ki, o qədər də yerində olmaz:

"Nə vaxt Konstitusiya dəyişikliyi gündəmə gələrsə, bu məsələni müzakirə etmək olar", - deyən millət vəkilinin sözlərinə görə, ümumiyyətlə, proporsional seçki sistemi o ölkələrdə özünü daha yaxşı doğruldur ki, orada iqtidar və müxalifət balansı təxminən bir-birinə yaxın olsun:

"Yəni, siyasi qüvvələr, siyasi güclər balansı bir-birinə yaxın olsun ki, cəmiyyət şəxslərə deyil, partiyalara öz münasibətini, fikrini bildirsin. İndi biz yenidən proporsional sistemə keçsək, yenə səslərin tam böyük əksəriyyətini hakim partiya olan YAP götürəcək. O zaman belə demək mümkünsə, qorxuram ola bilər ki, heç bir müxalifət partiyası seçki barajını keçə bilməsin".

M.Quliyev sözlərinə əlavə edib ki, ya gərək bitərəflər hansısa bir partiya ilə yaxınlığına görə müqavilə bağlayıb, o partiyada təmsil olunsunlar və o xətt ilə keçsinlər.

"O xətt də haqlı olaraq narazılıq yarada bilər, həmin partiyanın üzvləri deyəcəklər ki, yerimizi bizim partiyadan olmayana verirsiniz. Yəni bu problem də var ortada. Bu baxımdan, Azərbaycanda bu günləri proporsional sistemin bərpasının uğurlu bir model olacağına inana bilmirəm".

Tarix
2013.12.04 / 12:56
Müəllif
Hüseyn
Şərhlər
Digər xəbərlər

Əliyev Moskvada bunu vurğuladı - Solonnikov

Sərhəddə koordinatların dəqiqləşdirilməsi prosesi başladı

İrəvan 4 kəndlə bağlı elan etdi: Bu gün başlayır!

Sülhməramlıların çıxarılması davam edir - Yeni video

Milli Məclisin növbəti iclası başladı

Bakı ilə yaxınlıqdan hədsiz sevinə bilmirik...

İran 18 milyon azərbaycanlını sıxışdırır - ABŞ

Beyin mərkəzlərinin nümayəndələri yenidən Bakıda…

İrəvan bu məsələdə heç bir irəliləyiş əldə etməyib

Qırğızıstan prezidenti Ağdama gedəcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla