Yuxarı

Rusiya Paşinyana buna görə vaxt verib – Şərh

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Paşinyanla yumşaq davranaraq ona qarşı kəskin addımlar atmır.

Bu sözləri Axar.az-a açıqlamasında “Baku Netvörk” Ekspert Şurasının rəhbəri, fəlsəfə doktoru Elxan Ələsgərov deyib. Ekspert Moskvanın bu davranışının səbəbsiz olmadığını deyib:

“Ermənistanda cərəyan edən proseslər ikibaşlıdır. Bir tərəfdən hakimiyyətini itirmiş Qarabağ klanı əlində olan imkanlardan istifadə etməklə Paşinyana qarşı kampaniya aparır. Hətta qondarma rejimin rəhbəri Bako Saakyanın da Moskvaya Qarabağ klanı tərəfindən göndərildiyini və orada gələcəklə bağlı müzakirələrin aparıldığını düşünürəm. Paşinyan son zamanlar Qarabağla bağlı ard-arda bəyanatlarla çıxış edir. O, seçkiqabağı kampaniyasında bir tərəfdən Sasna Çrerdən istifadə edir, digər tərəfdən isə Qarabağ klanına qarşı hədə-qorxu yağdırır. Belə vəziyyətdə Rusiya Paşinyanla yumşaq davranaraq ona qarşı kəskin addımlar atmır. Moskva bununla açıq şəkildə Paşinyana öz xarici siyasətini müəyyənləşdirməyə vaxt və imkan verir. Ancaq başı daxili siyasətə qarışan Paşinyanın xarici siyasəti yenə də müəmmalı olaraq qalır”.

Politoloq Paşinyanın istənilən halda Rusiya ilə olan münasibətlərini poza bilməyəcəyini bildirib:

“İrəvanda hazırda “Lazarev klubu” adlı bir qurum yaradılıb. Bu qurumun açılışına ermənilərin əsas kuratorlarından olan rusiyalı deputat Konstantin Zatulin, Rusiyadan olan keçmiş həmsədr Vladimir Kazimirov və digərləri gediblər. Onlar çalışırlar ki, Paşinyanın hakimiyyəti Rusiyanın siyasi çərçivəsindən kənara çıxmasın. Əlbəttə ki, seçkilərdən çox şey asılı olacaq”.

Politoloq, ümumiyyətlə, Rusiyanın Ermənistandakı seçkilərə müdaxiləsini istisna edərək, Moskvanın Paşinyan hakimiyyətinə maneçilik törətməyəcəyini bildirib:

“Rusiya Ermənistandakı seçkilərə qarışmayacaq. Çünki Moskva özünü Ermənistanda uduzmuş tərəf kimi təqdim etmək istəməyəcək”.

Tarix
2018.12.05 / 08:00
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının sensasion səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla