Yuxarı

Qarabağla bağlı xüsusi qurum yaradılarsa... – Açıqlama

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda sırf Qarabağ münaqişəsinin araşdırılması, həlli ilə məşğul olan dövlət qurumu, məmurların olmaması ilə bağlı məsələ müzakirələrə səbəb olub. Maraqlıdır, vəzifəsi yalnız bu münaqişə ilə məşğul olmaq olan dövlət qurumunun yaradılması Qarabağ münaqişəsinin həllinə təsir edə bilərmi?

Məsələ ilə bağlı Axar.az-a danışan sabiq dövlət müşaviri Qabil Hüseynli bildirib ki, Qarabağ probleminin həlli ilə bağlı məsələlər bütünlükdə Xarici İşlər Nazirliyinin üzərinə düşür:

“Müəyyən hallarda Dağlıq Qarabağın azərbaycanlı icması da sırf professional səviyyədə olmasa da, müəyyən təbliğatı və digər işlərdə bu prosesə yardım göstərir. Bəzi ictimai təşkilatlar da təklif və ideyaları ilə bu prosesi zənginləşdirir. Əlbəttə, ayrıca bir qurumun yaradılması pis olmazdı. Amma məsələ burasındadır ki, biz artıq o vaxtı ötürmüşük. Çoxdandır ki, bu məsələlərin əsas hissəsi, ana xətti XİN-in əlində cəmlənib. Burada Xaric İşlər nazirinin özündən tutmuş müxtəlif idarə və qurumlarda çalışan şəxsləri qeyd etmək lazımdır. Xüsusilə nazirin müavinləri səviyyəsində Qarabağ problemini gözəl bilən və problemlə məşğul olan şəxslər yetişib, formalaşıb. Yeni qurumun yaradılması, buraya lazımi mütəxəssislərin yetişdirilib cəlb edilməsi xeyli vaxt aparacaq. Üstəlik bu, qurumlararası müəyyən gərginlik də yarada bilər. Ümumiyyətlə, burada sual olunmalıdır ki, yeni yaradılan qurum XİN və PA-nın işlərini koordinasiya edə bilərmi? Zənnimcə, yox”.

Politoloq vurğulayıb ki, problemin həlli ilə məşğul olan qurumların XİN səviyyəsində cəmləşdirilməsi və buraya xüsusilə yeni müdavimlərin cəlb olunması prosesi daha səmərəli ola bilər, nəinki xüsusi qurumun yaradılması:

“XİN-də Dağlıq Qarabağ problemi ilə peşəkar səviyyədə məşğul olan kadrların olmaması və yaxud da az olması fikri həqiqəti əks etdirmir. Son illərin nəticəsi göstərir ki, bu problemin həlli ilə bağlı diplomatik səviyyədə çox ciddi uğurlar əldə etmişik. Məsələn, XİN-də sırf bu problemin həlli ilə məşğul olan Araz Əzimov kimi peşəkar diplomat var. Bu şəxs qarabağşünasdır. Problemin həllində, nisbətən asan məsələlərin razılaşdırılması prosesini xeyli irəlilədiblər. Biz bu gün 2Dağlıq Qarabağ probleminin müəyyən hissələri razılaşdırılıb və öz həllini tapıb” deyiriksə, bu işdə XİN-də çalışan mütəxəssislərin rolu danılmazdır. Son vaxtlar Dağlıq Qarabağın azərbaycanlı icması nümayəndələri sırasına qarabağşünas tarixçi və alimlər də cəlb edilib”.

Politoloq Fikrət Sadıqov da bildirib ki, bu işlə məşğul olan Xarici İşlər Nazirliyi, Minsk Qrupu formatı var:

“Xarici İşlər naziri vəzifəsində işləyən şəxs vaxtaşırı olaraq Ermənistanın XİN rəhbəri ilə görüşür. Xarici İşlər nazirinin müavini dövlət başçısının Dağlıq Qarabağ üzrə xüsusi nümayəndəsidir. Bu məsələ ilə mütəmadi olaraq, nazirlik məşğul olur. Məgər bu siyahının genişlənməsi məsələnin həllinə gətirib çıxara bilərmi?! Əmin deyiləm ki, təşkilatların çoxsaylı olması Dağlıq Qarabağ məsələsinin dərhal həllinə gətirib çıxara bilsin”.

Politoloq qeyd edib ki, bu məsələ ilə əlbəttə ciddi şəkildə məşğul olmaq lazımdır:

“Bu fikirlə razıyam. Bu məsələdə politoloqlar öz sözünü deməyi bacarmalıdır. Eyni zamanda, ekspertlər səviyyəsində hansısa görüşlər keçirilə bilər. Amma bu məsələ ilə məşğul olan xüsusi qurumun yaradılması, dövlət qurumlarının sayının çoxalması heç də o demək deyil ki, işə müsbət təsir edəcək”.

Politoloq vurğulayıb ki, Ukrayna, Gürcüstan, Moldova kimi ölkələrdə faktiki olaraq, belə qurum fəaliyyət göstərir:

“Amma indiyə qədər bu qurumun olması Moldovada baş verən separatçılığın qarşının alınmasına gətirib çıxarıb? Yaxud Gürcüstanda Abxaziya və Cənubi Osetiya separatçıları artıq öz müstəqilliyini elan etdi. Bəs bu məsələlərlə məşğul olan qurum hara baxırdı? Yəni deməyim odur ki, bu işlə məşğul olan təşkilatların sayı önəmli deyil, onsuz da siyasi iradəni dövlət rəhbəri nümayiş etdirir”.

Tarix
2018.12.05 / 09:00
Müəllif
Firuzə Vahidqızı
Şərhlər
Digər xəbərlər

Prezidentlər Çingiz Aytmatovun abidəsinin açılışında...

Türkiyə Zəngəzur dəhlizi ilə bağlı işlərə başladı

Ukraynalı deputatlardan etiraz: Rubenin Nobelə təqdimatı...

Delimitasiya prosesində vacib məqam... - Əmirbəyov

Ərdoğandan “erməni soyqırımı” ilə bağlı mesaj

Japarov Ağdamda məktəbin tikintisi barədə danışdı

Bu, Putinin Əliyevə böyük jesti idi - Kalaşnikov

ABŞ konqresmenləri Bakıda: MM-də mühüm müzakirə...

Ermənistana hərbi texnika daşınır: Bakı qərar verəcək - Ekspert

Japarov Bakıda: Mühüm iclas keçirildi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla