Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
13 Dekabr 2018


İrəvanın Su-30 yalanı Bakı və Moskvaya təxribatdır

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Ermənistana Su-30 təyyarələrini versə belə, bunların sayı çox olmayacaq.

Axar.az xəbər verir ki, bunu “Moskva-Baku” portalına müsahibəsində rusiyalı hərbi ekspert Pavel Felgenhauer deyib.

“100 milyon dollarlıq kreditə bu tip böyük sayda təyyarə almaq mümkün deyil. Digər tərəfdən, bu həm də satılacaq təyyarənin daxili, yoxsa eksport qiymətləri ilə Ermənistana veriləcəyi ilə bağlıdır”, – deyə o bildirib.

O, Moskvanın İrəvana maksimum 4-6 təyyarə tədarük edə biləcəyini və bunlardan ikisinin təlim təyyarəsi olacağını söyləyib.

Rusiyalı ekspert bu təyyarənin verilməsi ilə bağlı informasiyanı İrəvanın daha çox Rusiya ilə Azərbaycan arasında müəyyən qarşıdurma üçün istifadə etdiyini vurğulayıb:

“Hələlik yeni heç nə yoxdur. Erməni tərəfi əksər hallarda belə vəziyyətlərdə danışır, Rusiya isə susur. Hərdən İrəvan arzu etdiyini həqiqət kimi qələmə verir. Ermənistan Müdafiə Nazirliyinin Su-30-la bağlı bəyanatı da Moskvaya təzyiq cəhdidir. Digər tərəfdən, bu, həm də Bakıya qarşı aparılan bir növ psixoloji təsir cəhdidir. Yəni deyirlər ki, baxın, biz yeni müasir döyüş təyyarələri alacağıq. Belə cəhdlər Rusiya-Azərbaycan münasibətlərində disbalans yarada, iki ölkəni mübahisəyə məcbur edə bilər”.

Qeyd edək ki, bundan öncə Ermənistan Müdafiə naziri David Tonoyan Ermənistanla Rusiya arasında Su-30 qırıcılarının İrəvana verilməsiylə bağlı razılıq əldə edildiyini bildirib. O, bu qırıcıların Rusiyanın İrəvana təqdim etdiyi 100 milyon dollarlıq hərbi kredit çərçivəsində veriləcəyini söyləyib.

Xatırladaq ki, Su-30-ların qiyməti 50 milyon dollardır.

Tarix
2018.12.05 / 14:19
Müəllif
İlkin Həsənov
Şərhlər
Загрузка...
Digər xəbərlər

Zakir Həsənov Kaspşiklə görüşdü

Paşinyan niyə seçkidən sonra Saakyanla görüşdü? - İsti şərh

Bu, Bakıda tarixdə ilk dəfə gələn il olacaq – İlham Əliyev

Putinin meqalayihəsi məhv edilir: Kreml çətin durumda

ABŞ xəbərdarlığının səbəbi: Rusiya İrəvanda nə hazırlayır?

Əliyevdən Qarabağ açıqlaması: Əlverişli şərait yaranıb

Türkiyənin Qara dənizdə 9-cu baza yaratmasının – Səbəbi

Paşinyan Türkiyəyə səfər edə bilər – Sensasion şərh

Paşinyan niyə Ankaraya üz tutur? – Pərdəarxası məqamlar

Bu ölkənin səfiri Azərbaycan mahnıları ifa etdi - Video

KULT
<>
Xəbər xətti
 
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla