Yuxarı

Azərbaycan Ordusunu sürətlə buna hazırlayır - Trofimçuk

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın Fransa zenit raket komplekslərini almasına Moskva heç bir sərt reaksiya göstərməyəcək.

Bu sözləri Axar.az-a açıqlamasında rusiyalı siyasi ekspert Qriqori Trofimçuk deyib. O, silah tədarükünün diversifikasiya məsələsinin Azərbaycan üçün mühüm əhəmiyyət kəsb etdiyini bildirib.

Onun sözlərinə görə, əvvəl-axır başlayacaq Qarabağ müharibəsində Azərbaycanın illərlə aldığı silahların nə dərəcədə effektli olması bilinəcək. Trofimçuk Azərbaycanın Qərb ölkələrindən silah alışının aktivləşməsinin Bakının NATO-nun təsir dairəsinə düşməsi yox, Azərbaycanın öz ordusunu müasir tələblərə cavab verən NATO ordusunun səviyyəsinə çatdırmaq istəyi ilə bağlı olduğunu vurğulayıb:

“Azərbaycan açıq şəkildə nə ABŞ, nə Avropa Birliyinə tabe olmaq fikrindədir. Bu neytral ölkə Cənubi Qafqazda ABŞ və NATO-nun qaçılmaz güclənməsini nəzərə almalı olacaq. Bakının müəyyən şərtlər daxilində Moskvadan hərbi zəmanət almağa hazır olduğunu istisna etmirəm, amma Bakı hələlik Moskvanın zəmanətinə inanmır”.

O, hazırda Qərb üçün əsas problemin Azərbaycanın həddən artıq müstəqil olması olduğunu söyləyib. Trofimçukun fikrincə, hazırda Azərbaycan üçün əsas məsələ mövcud olan balansı müharibəsiz nə zamana qədər qoruyub saxlaya biləcəyidir.

Tarix
2018.12.05 / 15:49
Müəllif
İlkin, Zaur
Şərhlər
Digər xəbərlər

Bakıya “sanksiya siyahısı”na sevinən azərbaycanlılar…

Bu, sülhə doğru görünən addımdır - Almaniya

Nikolun partiyasından Zəngəzur dəhlizi açıqlaması…

Bakı və İrəvan arasında sülh müqaviləsi... - Rusiya XİN

Zelenski Bakıya dəvət edildi: Putin də gələcək?

Paşinyanın 4 kəndi geri qaytarmasının əsl səbəbi…

Rubenin pulu Dinanın gözünü tutdu: Generallara sanksiya...

Bayramov Çexiyada İrəvanla münasibətlərdən danışdı

İlham Əliyev forumda iştirak etdi - Video

Bu halda qapıları onların üzünə bağlı saxlamalıyıq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla