Yuxarı

Millət vəkilimiz AŞPA komitəsinin məruzəçisi seçildi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Parisdə Avropa Şurası Parlament Assambleyasının (AŞPA) miqrasiya, qaçqınlar və məcburi köçkünlər komitəsinin iclası keçirilib.

Axar.az xəbər verir ki, iclasda komitənin 2019-cu il üçün fəaliyyət proqramı və prioritetləri müzakirə olunub, komitə sədrinin hesabatı dinlənilib. Həmçinin miqrasiya böhranının aradan qaldırılmasında beynəlxalq əməkdaşlığın genişləndirilməsinin rolu, Şərqi Avropadan əmək miqrasiyası və onun bu ölkələrdə sosial-demoqrafik vəziyyətə təsirləri, “Brexit”in miqrasiya məsələlərinə təsiri, Avropa Şurasında miqrantların inzibati həbsinə dair sənədin kodlaşdırılması məsələləri müzakirə edilib.

İclasda Milli Məclisin ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Sahibə Qafarova çıxış edərək müzakirə olunan məsələlər barədə fikirlərini bildirib.

Komitə iclasında yeni məruzəçilərin səsverməsi keçirilib.

"Kimsəsiz və valideynlərdən ayrılmış uşaqlar: səmərəli qəyyumluğa ehtiyac" mövzusunda məruzəçi seçilməsi üçün Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Sahibə Qafarovanın və protuqaliyalı parlamentarinin namizədliyi irəli sürülüb. Milli Məclisin deputatı S.Qafarova səs çoxluğu ilə "Kimsəsiz və valideynlərdən ayrılmış uşaqlar: səmərəli qəyyumluğa ehtiyac" mövzusu üzrə məruzəçi seçilib.

Tarix
2018.12.05 / 19:18
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezidentlər Ağdamda Şahbulaq qalasında...

Etirazlar Tavuşdan kənara çıxdı: yollar bağlanır - Video

Yeganə ölkəyik ki, Rusiya və İranla... - Prezident

Azərbaycandan qaz almağa hazırıq - Simonyan

Ordumuz Qazaxın kəndlərinə nə vaxt girəcək? - Ekspert

Ermənistan sərhədimizə qoşun yığırsa... - Əliyev

İran-İsrail toqquşması... – Əliyevin mühüm şərhi

Bayraq yandırmaq gücsüzlükdür, terror əməlidir - Mehrabyan

Kennedidən Azərbaycana qarşı iyrənc böhtan - Video

Ermənilər indi də bizə aid körpünü bağladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla