Yuxarı

Həmsədrlər 2018-ə bu cür “yekun” vurur - Politoloq

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hazırkı mərhələdə həmsədrlərin bu və ya digər şəkildə danışıqlar prosesinə təkan verəcək addım atması real görünmür. Məsələnin mahiyyətində dayanan amillərdən biri də məhz budur.

Bunu Axar.az-a ATƏT-in Nazirlər Şurasının 25-ci sessiyası çərçivəsində Milan görüşünü şərh edən analitik Elçin Mirzəbəyli deyib. Analitik bildirib ki, hazırda diqqət Ermənistanda keçiriləcək seçkilərə yönəlib: “Bu seçkinin nəticələrindən sonra Ermənistanda formalaşacaq hakimiyyətlə danışıqlar prosesini davam etdirmək mümkün olacaq. Bu hakimiyyətin kimlərdən ibarət olacağı, hansı mövqeyi sərgiləyəcəyi, parlamentdə qüvvələr nisbətinin necə dəyişəcəyi və bütün bunların Ermənistanda bu və ya digər siyasi qüvvələrə manipulyasiya etmək imkanı tanıyıb-tanımayacağı ümumi prosesə təsir göstərəcək amillərdəndir. Bu baxımdan da həmsədrlərin Bakıya səfəri danışıqlar prosesinin sadəcə ilin sonuna davam etdirilməsi ilə bağlı bir görüntü yaratmaq xarakteri daşıyır”.

Analitik Milan görüşünün daha çox protokol xarakteri daşıdığını deyib:

“Çünki hər ilin sonunda belə görüşlər keçirilər və görüşlərdən dərhal sonra da növbəti illə bağlı müəyyən ümidverici bəyanatlar verilir, problemin həlli üçün yeni üfüqlərin açıldığı bildirilir. Bu standart həmsədrlərin illərdir ki, yaydığı bəyanatların bir hissəsidir. Çox güman ki, görüşün sonunda yenə eyni bəyanat veriləcək və 2018-ci ili də beləcə başa vuracağıq”.

Qeyd edək ki, ATƏT-in Nazirlər Şurasının 25-ci sessiyası çərçivəsində İtaliyanın Milan şəhərində Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarovla ATƏT-in Minsk Qrupunun həmsədrləri arasında görüş keçirilib.

Tarix
2018.12.06 / 08:30
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının sensasion səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla